Təhsil naziri direktorlara tapşırıq verdi-ƏMR

img

22-09-2014 [12:25]


Təhsil naziri Mikayıl Cabbarov 2014-2015-ci tədris ili üçün ilk peşə-ixtisas təhsili müəssisələrinə şagird qəbulu planının təsdiq edilməsi barədə əmr imzalayıb.

Təhsil Nazirliyindən lent.az-a verilən məlumata görə, əmr bazar iqtisadiyyatının tələblərinə uyğun olaraq dövlət və qeyri-dövlət müəssisələrinin ixtisaslı fəhlə kadrların hazırlanması ilə bağlı sifarişlərini və əhalinin ilk peşə-ixtisas təhsilinə dair arzularını nəzərə alaraq verilib.

2014-cü il üçün ilk peşə-ixtisas təhsili müəssisələrinə şagird qəbulu planı ümumilikdə 16070 nəfər, o cümlədən, dövlət vəsaiti hesabına 11310 nəfər, ödənişli əsaslarla 4760 nəfər olmaqla təsdiq edilib.

Ağdam, Qubadlı, Zəngilan rayonlarının və Şuşa şəhərinin fəaliyyəti müvəqqəti dayandırılmış peşə məktəblərinə (1, 3, 5 nömrəli Ağdam, Qubadlı, Zəngilan və Şuşa peşə məktəbləri) şagird qəbulu məsələsinə həmin məktəblərin fəaliyyəti tam bərpa olunduqdan sonra baxılacaq.

Əmrdə ilk peşə-ixtisas təhsili müəssisələrinin direktorlarına müvafiq tapşırıqlar verilib.

Əmrin icrasına nəzarət nazir müavini Firudin Qurbanova həvalə olunub.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA