Həcc ziyarəti başlayır

img

22-09-2014 [12:15]


Sabahdan azərbaycanlı zəvvarların müqəddəs yerlərə Həcc ziyarəti başlayır.

Qafqaz Müsəlmanları İdarəsindən Publika.az-a verilən məlumata görə, ilk reys sentyabrın 23-dən 24-nə keçən gecə, saat 01.40-da həyata keçiriləcək. Bakı-Ciddə reysində 375 zəvvar yola düşəcək.
Artıq Səudiyyə Ərəbistanında zəvvarlarımızın bütün təşkilati məsələləri həll olunub. Məkkə və Mədinə səfərlərində həmişə olduğu kimi, bu il də bina və otellər icarəyə götürülüb, zəvvarlarımızın nəqliyyatla, gündə iki dəfə yeməklə, mehmanxana və binalarda 24 saat ərzində isti çayla təminatı məsələləri həll olunub.
Ziyarətə gediş reysləri yalnız hava yolu ilə Səudiyyə Ərəbistanına məxsus "Nas” milli aviaşirkəti tərəfindən Bakı-Ciddə marşrutu üzrə, qayıdış reysləri isə Azərbaycan Hava Yollarına (AZAL) məxsus təyyarələrlə həyata keçiriləcəkdir.
Gediş 23-28 sentyabr, qayıdış isə 11-15 oktyabr tarixlərində nəzərdə tutulmuşdur.
Qeyd edək ki, bu il Həcc ziyarətinə təxminən 3600 zəvvar yola düşəcək. Zəvvarları qrup rəhbərləri və həkim briqadası müşayiət edəcək.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA