"Əməkdaşlar ancaq "Tik-tok"da videolara baxmaqla məşğuldur" - "Bank Respublika"dan şikayət var

img

13-02-2026 [16:51]


"Şikayətim "Bank Respublika"dandır"".

Bu barədə "AZBank Klubu" sosial qrupundakı paylaşımda giley olunur.

Narazı vətəndaş daha sonra bildirir: "İki həftədən artıqdır ki, kartımı əsassız yerə bloklayıblar. Kartı götürdüyüm cəmi 2 gün idi. 2 gün ərzində cəmi 14 əməliyyatla 1100 manat pul gəlmişdi kartıma. Bundan 450 manatı nağdlaşdıra bilsəm də, kartda qalan 650 manatı əsassız şəkildə blok etdilər.

Filiallarına yaxınlaşmağıma baxmayaraq hərəsi bir söz deyir. Əməkdaşlar ancaq "Tik-tok"da videolara baxmaqla məşğuldurlar. Ən sonda baş ofisə yaxınlaşdım, mənə dedilər ki gələn pullar barədə qəbz təqdim et. Qəbzləri təqdim etdim, ancaq onunla da kifayətlənmirlər... İndi isə bildirirlər ki, qəbzi yollayan, insanlarla aranızda olan mesajlaşmanı da göstər. Mən bunlara bildirmişdim ki, məndə "vatsap" danışıqları hamısı 24 saat ərzində silinir....

"Bank Respublika", etdiyiniz biabırçılığın adı nədir? Mənim kartımı ləğv edib, vəsaitimi verin. Bu pula çox ehtiyacım var..."(dia.az)

Mia.az xəbər verir ki, məsələ ilə bağlı bankdan şikayətçiyə belə cavab verilib:

"Qeyd edirik ki, “Ödəniş xidmətləri və ödəniş sistemləri haqqında” Azərbaycan Respublikasının Qanununun tələblərinə uyğun olaraq bütün hesablar üzrə aparılan əməliyyatlar Bank tərəfindən mütəmadi monitorinq edilir. Qanunun Maddə 37 (37.3-cü bənd) tələblərinə əsasən, zərurət yarandıqda ödəniş alətindən istifadə və ödəniş hesablarına çıxış üzrə müvəqqəti məhdudiyyətlər tətbiq edilə bilər.

Müraciətiniz üzrə yoxlamanın aparılması üçün, şəxsi məlumatların qorunması məqsədilə, zəhmət olmasa, mesaj qutusu vasitəsilə FİN kod, əlaqə nömrəsi qeyd edəsiniz. Məlumatlar təqdim edildikdən sonra məsələ qısa müddətdə nəzərdən keçiriləcəkdir"

Qeyd edək ki, bu bankın Mərkəzi Bankın keçmiş sədri Elman Rüstəmova məxsus olduğu deyilir.

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA