Nazirlikdən ağacların kəsilməsi ilə bağlı açıqlama

img

22-09-2014 [12:15]


Ekologiya və Təbii Sərvətlər Nazirliyi Xətai rayonunda ağacların kəsilməsinə aydınlıq gətirib. "Qafqazinfo”ya daxil olan şikayətdə bildirilirdi ki, Xətai rayonu, Gəncə prospektinden Əhmədli metrosu istiqamətində olan yolda bütün ağaclar kəsilir. Səbəb kimi isə yolun sağ tərəfinin qazonlaşdırılması göstərilir.

ETSN-in mətbuat katibi İradə İbrahimova "Qafqazinfo”yaaçıqlamasında bildirib ki, həmin ərazilərdə ağacların köçürülməsi dövlət əhəmiyyətli layihə ilə bağlıdır: "Dövlət əhəmiyyətli layihələr olanda Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ciil 19 sentyabr tarixli 173 nömrəli qərarı ilə təsdiq olunmuş "Azərbaycan Respublikasında meşə fonduna daxil olmayan ağac, kol bitkilərinin istifadəsi, mühafizəsi və qorunması” qaydasının 7- ci bəndinin tələblərinə uyğun olaraq Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Dövlət Kespertiza İdarəsi ilə razılaşdırılmalıdır. Belə ki, qurumuş ağaclar kəsilir, köçürülməsi mümkün olan ağaclar başqa əraziyə köçürülür. Başqa ərazilərdə kəsilmiş ağacların əvəzinə 10 misli ağac əkilir. Azərbaycan Respublikası prezidentinin 4 may 2011-ci il tarixli 1490 nömrəli sərəncamı ilə təsdiq edilmiş "2011-2013-cü illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair dövlət proqramının” icrası ilə Xətai rayonu, Vonq-Tau prospektində yolun genişləndirilməsi zamanı maneçilik yaradan kök üstdə quruyaraq qəzalı vəziyyətdə olan ağac və kol bitkilərinin kəsilməsinə (əvəzində 10 misli ağac əkilməsi şərti ilə) bəzilərinin budanmasına, köçürülməsi mümkün olanların isə köçürülməsinə ETSN-nin DEİ tərəfindən icazə verilib”.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA