Nizami rayonunda 10 il əvvəl evləri sökülən sakinlər küçədə qalıb - "Nə yeni ev verirlər, nə də..."
13-02-2026 [11:57]
Bir çox vətəndaşlar binanın bünövrəsi qoyulanda, yaxud da tikinti gedə-gedə mənzil alırlar. Səbəb də budur ki, tikintisi başa çatmamış mənzillərin satış qiyməti hazır binalardan daha ucuz olur. Eyni zamanda, tikinti getdiyi müddətdə insanlara hissə-hissə ödəniş imkanı yaradılır. Qiymətin ucuzluğu, hissəli ödəniş imkanı tikintisi başa çatmamış binadan mənzil almağı cəlbedici edir.
Bu yolla mənzil almaq istəyən minlərlə vətəndaşın aldadıldığı hallar da az olmayıb. Elə hallar olub ki, tikinti şirkətinin rəhbərləri vətəndaşlardan toplanan pulları mənimsəyib. İnsanlar illərlə topladığı pulları da itirib, ev sahibi olmaq ümidini də. Yaxud da sonra məlum olub ki, tikilən binada eyni mənzil bir neçə nəfərə satılaraq, dələduzluğa yol verilib.
Ötən 20 il ərzində bu cür hallarla bağlı onlarla cinayət işi qaldırılıb, yüzlərlə insan həbs olunub. Gəlib 2026-cı ilə çatmışıq, hələ də bənzər vəziyyətlər yaşanır.
Nizami rayonu, Şirin Mirzəyev küçəsindəki “My Home” yaşayış kompleksində ev sahibi olacağını gözləyən onlarla vətəndaş çarəsiz vəziyyətdədir.
Mia.az xəbər verir ki, şikayətçilər başlarına gələnləri Bizimyol.info xəbər portalına danışıblar.
Məlum olub ki, onların bir qismi əvvəldən həmin ərazidə yaşayanlardır. Onların yaşadıqları evlərin qəzalı vəziyyətdə olduğunu əsas gətirərək söküblər.
“10 il əvvəl evlərimizi sökdülər. Dedilər ki, yerində hündürmərtəbəli bina tikiləcək. Binanı iki ilə hazır eləyib, təhvil verməli idilər. Üstündən 10 il keçib, hələ də küçələrdə qalmışıq”. – deyə Cəmil Əliyev bildirib.
O, qeyd edib ki, kirayə pullarını da kəsiblər, bu isə vəziyyəti bir az ağırlaşdırıb.
2016-cı ildə Nizami Rayon İcra Hakimiyyəti başçısının sərəncamı ilə pilot layihə çərçivəsində Şirin Mirzəyev küçəsindəki qəzalı binaların sökülərək, yerində yeni hündürmərtəbəli binaların titintisinə qərar verilib. Bu işin icrası “Vesta Construction”a həvalə olunub.
Şikayətçilər arasında vaxtilə evi sökülənlərlə yanaşı, həmin binadan ev almaq üçün özləri nağd şəkildə pul verən vətəndaşlar da var. Onlar bildirirlər ki, illərlə işləyib-yığdıqları pulları verib, ev sahibi olmaq istəyiblər. İndi isə məlum olub ki, binada eyni mənzillər bir neçə nəfərə satılıb.
“Bu binadan ev almışıq, məlum olub ki, başqalarına da satılıb”, - deyə Saleh İbrahimov bildirib.
Şikayətçilərin sözlərinə görə, tikilən binada elə mənzil var, 5 nəfərə satılıb.
Vətəndaşlar baş verənlərə görə həm də Nizami Rayon İcra Hakimiyyətini ittiham edir. Onlar hesab edirlər ki, əgər icra hakimiyyəti pilot layihənin icrasına yaxşı nəzarət etsəydi, vətəndaşların başına bu oyunları açmazdılar.
Şikayətçi vətəndaşlar kömək üçün Prezident Administrasiyası, Ombudsman Aparatı və başqa aidiyyəti dövlət orqanlarına da şikayət məktubları göndəriblər.
Nizami Rayon İcra Hakimiyyətindən bildirilib ki, “Vesta Construction” şirkətindən narazı olan vətəndaşların problemləri barədə məlumatlıdılar. Həmin vətəndaşlar icra hakimiyyətində qəbul edilib: “Şirkət rəhbərliyinə öhdəlikləri ilə bağlı xəbərdarlıq edilib. Təəssüf ki, məsələlər həllini tapmayıb. Zərərçəkmiş şəxslərin kollektiv müraciətləri əsasında Nizami prokurorluqda cinayət işi başlanıb. Nizami Rayon İcra Hakimiyyətinin təşəbbüsü ilə MMC tərəfindən kirayə haqlarının ödənişi həll olunub. Problemlərin həlli icra hakimiyyəti tərəfindən nəzarətdə saxlanılır”.
O da məlum olub ki, vətəndaşların aldadılması ilə əlaqədar “Vesta Construction” şirkətinin rəhbəri Ceyhun Quliyev cinayət məsuliyyətinə cəlb olunub.
Xatırladaq ki, 2016-cı ildə Bakı şəhəri Nizami Rayon İcra Hakimiyyətinin başçısı Arif Adil oğlu Qasımov olub.
MİA.AZ
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi