"TRT Haber": Azərbaycan nümayəndə heyəti Ermənistana gedib - VİDEO, FOTO
13-02-2026 [14:18]
Bu gün Azərbaycan vətəndaş cəmiyyəti (QHT) nümayəndələrindən ibarət nümayəndə heyəti Ermənistanda görüşlərə başlayıb.
Mia.az xəbər verir ki, bu məlumatı Türkiyənin "TRT Haber" kanalı yayıb.
Məlumarta görə, müxtəlif beyin mərkəzləri və vətəndaş cəmiyyəti təşkilatlarının nümayəndələrinin daxil olduğu nümayəndə heyəti bu gün quru sərhədindən Ermənistana keçib: "Nümayəndə heyəti "Sülh Körpüsü" adlı təşəbbüs çərçivəsində iki gün ərzində Ermənistan vətəndaş cəmiyyəti nümayəndələri ilə görüşlərı başlayıb".
Xəbərdə deyilir ki, Azərbaycan və Ermənistan arasında davam edən sülh prosesinin bir hissəsi olaraq hər iki ölkənin vətəndaş cəmiyyəti nümayəndələrinin qarşılıqlı səfərlərini nəzərdə tutan "Sülh Körpüsü" təşəbbüsü başladılıb və ilk səfərlər 2025-ci ildə baş tutub: "Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan 4 fevralda Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə keçirilən görüşdə vətəndaş cəmiyyəti nümayəndələrinin qarşılıqlı səfərlərindən məmnunluqlarını ifadə ediblər".
Lamiyə
MİA.AZ
****
Ermənistanda “Sülh körpüsü” təşəbbüsü çərçivəsində Azərbaycan və Ermənistan vətəndaş cəmiyyətlərinin nümayəndələrinin iştirakı ilə dəyirmi masa keçiriləcək.
Armenpress xəbər verir ki, 13-14 fevral tarixlərində baş tutacaq dəyirmi masada iştirak edəcək Azərbaycan nümayəndə heyəti delimitasiya və demarkasiya olunmuş quru sərhədi vasitəsilə Ermənistana gedib.
Məlumata görə, müzakirələr zamanı Azərbaycan və Ermənistan vətəndaş cəmiyyətlərinin nümayəndələri 2025-ci il avqustun 8-də Vaşinqton sammitində təsdiq edilmiş sülh gündəliyindən irəli gələn prosesləri müzakirə edəcəklər. Ayrı-ayrı sessiyalar formalaşan regional təhlükəsizlik arxitekturasına, sülhün üstünlüklərinə, iki cəmiyyət arasında münasibətlərin qurulmasının ictimai qavranılmasına, iqtisadi əməkdaşlıq perspektivlərinə, həmçinin qarşılıqlı anlaşma və etimadın möhkəmləndirilməsində vətəndaş cəmiyyətinin roluna həsr olunacaq.
İkigünlük dəyirmi masada Azərbaycan tərəfdən iştirak edəcək vətəndaş cəmiyyəti nümayəndələrinin siyahısı:
Fərhad Məmmədov - koordinator, Cənubi Qafqaz Araşdırmalar Mərkəzinin rəhbəri;
Rusif Hüseynov - Topçubaşov Mərkəzinin həmtəsisçisi və direktoru;
Kəmalə Məmmədova - 1news.az saytının baş redaktoru;
Ramil İsgəndərli - Milli QHT Forumu İdarə Heyətinin sədri;
Fuad Abdullayev - Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin aparıcı mütəxəssisi;
Könül Bədəlova - İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin elmi işçisi;
Zaur Şiriyev - Karnegi Fondunun Berlin Araşdırmaları Mərkəzinin Rusiya və Avrasiya (Carnegie Russia and Eurasia Center) üzrə tədqiqatçısı;
Murad Muradov - Topçubaşov Mərkəzinin direktor müavini;
Aytən Qəhrəman - Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin müşaviri;
Rauf Ağamirzəyev - Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında İctimai Şuranın üzvü, nəqliyyat kommunikasiyaları üzrə ekspert;
Gülbəniz Qənbərova - “Azərbaycan Kənd Qadınları Assosiasiyası” İctimai Birliyinin sədri;
Nəzrin Əliyeva - “İnsan Hüquqlarının Müdafiəsi Mərkəzi”nin nümayəndəsi;
Eldar Həmzəli - tədqiqatçı, müstəqil ekspert;
Sanan Rzayev - CBC televiziya kanalının redaktoru və aparıcı siyasi şərhçisi;
Gülşən Axundova - “Qadınlar, İnkişaf, Gələcək” QHT-nin prezidenti;
Emin Əliyev - TREND Beynəlxalq Xəbər Agentliyinin baş redaktoru;
Orxan Babayev - Cənubi Qafqaz Araşdırmalar Mərkəzinin əməkdaşı;
İlyas Hüseynov - Sosial Tədqiqatlar Mərkəzinin şöbə müdiri;
Fuad Ağamalıyev - CBC televiziya kanalının Mühəndislik və Texniki şöbəsinin müdiri(qafqazinfo).
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi