"Avromed" haqqında ilginc iddia

img

21-09-2014 [23:11]


Azərbaycan daxili bazarının ən böyük dərman inhisarçısı olan məşhur «Avromed» şirkəti haqda maraqlı məlumat yayılıb.

Mia.az Azinform.az-a istinadən xəbər verir ki, Ramin Fərhadov adlı vətəndaş redaksiyamıza ünvanladığı müraciətdə iddia edir ki, » Avromed»  özü üçün seçdiyi loqoda səhvə yol verilib:

««Avromed» şirkətinin loqosunun rəngi və orada təsvir olunan ulduzların düzülüşü eyni ilə Avropa İttifaqının bayrağına bənzəyir. Şirkətin adının əvvəlində olan Avro sözü də, mətiqi baxımdan şirkətin seçiminin məhz Avropa amilinə əsaslandığını deməyə tam əsas verir. Hər bir detalda bənzərlik düzgün təkararlansa da, ulduzların sayında fərq var və çox güman ki, bu incə detal şirkət rəhbərliyinin diqqətindən yayınıb. Belə ki, Avropa İtiifaqının bayrağında 12, ona bənzədilən «Avromed» in loqosunda isə 10 ulduz var».

avropa
Müqayisə üçün vətandaşın satımıza göndərdiyi fotolarla yanaşı Avropa İttifaqının bayrağının rəsmini də təqdim edirik.

Məsələ ilə bağlı «Avromed» şirkətinin də mövqeyini dinləməyə hazırıq.a2


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA