Gültəkin Hacıbəyli Azərbaycana deport olundu - SABİQ DEPUTAT HƏBS EDİLMƏYİB

img

12-02-2026 [09:10]


Sabiq deputat Gültəkin Hacıbəyli Türkiyədən Azərbaycana deportasiya edilib.

Mia.az xəbər verir ki, bu barədə AXCP sədrinin müavini Fuad Qəhrəmanlı məlumat yayıb.

F.Qəhrəmanlı ölkəyə qayıdan Hacıbəylinin hazırda azadlıqda olduğunu bildirib.

Qeyd edək ki, G.Hacıbəyli 2 ay əvvəl Türkiyədə saxlanılmışdı. 

Prezident Adminstrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevin cinayət işi çərçivəsində istintaqa dəvət olunan Hacıbəyli İstanbul şəhərində, Arnavutköy Geri Göndərmə Mərkəzində saxlanılırdı. Həmin müddətdə onun Türkiyədən 5 illik deportasiya edilməsi barədə qərar çıxarılmışdı/qafqazinfo.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA