Məşhur YAP-çı: "Kişisənsə qorxmaq nə deməkdir?!" - "Partiyamızın sədri məsləhət bilsə, deputatlığa..." (MÜSAHİBƏ)
11-02-2026 [12:13]
Milli Məclisin sabiq deputatı, Naftalan şəhər icra hakimiyyətinin sabiq başçısı, məşhur YAP üzvü Musa Musayev Musavat.com-a müsahibə verib.
Mia.az həmin müsahibəni təqdim edir:
- Musa müəllim, yəqin ki, zamanında aktiv deputat kimi ictimai yaddaşlarda qalan bir siyasi persona olaraq, bu gün Sizin hansı fəaliyyətlə məşğul olduğunuzu bilmək oxucular üçün də maraqlı olardı...
-YAP-ın 1-ci Qurultayından (Dekabr 1999 ) 7-ci Qurultayına qədər YAP Siyasi Şurasının üzvü kimi də fəaliyyət göstərmişəm. 5 mart 2021-ci ildə 7-ci Qurultayda Siyasi Şura ləğv edildiyi üçün YAP Təftiş Komissiyasının üzvü seçildim və Partiyada öz fəaliyyətimi davam etdirirəm. 2 avqust 2021-ci ildən MSK 20 saylı Nərimanov ikinci seçki dairəsi Dairə Seçki Komissiyasının sədriyəm. Eyni zamanda 2022-ci ildən Qərbi Azərbaycan İcması Ziyalılar Şurasının üzvü kimi də fəaliyyət göstərirəm. Ümumən götürəndə mən 1987-ci ildən bu günə qədər siyasi fəaliyyətlə məşğulam. Sosial şəbəkələrdə də fəallıq göstərirəm. Televiziya kanallarında və mətbuatda da lazım gələndə çıxışlar edirəm.
- Milli Məclisin üzvü olmaqla yanaşı, bir müddət Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı vəzifəsində işlədiniz. Deputatlıq, yoxsa icra başçısı vəzifəsi daha çox məsuliyyətli vəzifədir?
-2000-2005-ci illərdə Milli Məclisin YAP-ın proporsional siyahısında 15-ci yerdə millət vəkili seçilmişəm. Deputatlıq dövründə YAP-ın ən fəal deputatlarından biri olmuşam. 2006-2010-cu illərdə də cənab Prezident İlham Heydər oğlu Əliyevin Sərəncamı ilə Naftalan şəhərinin İcra Hakimiyyətinin başçısı təyin olunmuşam. Bu dövrdə də Naftalan kurort şəhərinin inkişafı və quruculuğu istiqamətində müəyyən işlər görmüşəm. Deputatlıq da, icra başçısı olmaq da hər ikisi böyük məsuliyyət tələb edir. Millət vəkili kimi seçicilərin etimadını doğrultmalısan. Proporsional siyahıdan millət vəkili seçilmək ikiqat məsuliyyət tələb edir. Çünki o zaman bütün Azərbaycan seçicilərinin deputatı sayılırsan. Şəhər İcra Hakimiyyətinə başçı vəzifəsinə cənab Prezident təyin edir. Deməli, təyin olunan məsuliyyətini dərk edərək Prezidentin göstərdiyi etimadı çalışıb doğrultmalıdır. Mən məsələyə həmişə bu cür yanaşmışam. Həm də əhaliyə şərəflə, ləyaqətlə xidmət etməlisən ki, onların da etimadını qazana biləsən. Deməli, hər iki vəzifə məsuliyyətlidir mənim üçün.
-Deputat olduğunuz dönəmlərdə qatı Əliyevçi olmağınızla yanaşı həm də tənqidçi millət vəkili kimi tanınırdınız. Tənqidlərinizin hədəfi təkcə müxalifət deyildi, eyni zamanda bəzi məmurları da sərt tənqid edirdiniz, hətta məmurların sırasında xainlərin olduğunu da deyirdiniz. Dediklərinizin illər keçdikcə təsdiqini tapmasını necə qarşılayırsınız?
-Təkcə deputat olduğum dövrdə deyil, 1987-ci ildə Heydər Əliyev SSRİ Nazirlər Sovetinin sədrinin 1-ci müavini vəzifəsindən və Siyasi Büro üzvlüyündən ədalətsizcəsinə kənarlaşdırıldığı gündən Heydər Əliyevin müdafiəsinə qalxmışam. O dövrdən qatı Heydər Əliyevçiyəm və ömrümün axırınadək belə də olacaq, Ulu Öndərin yolunu şərəflə davam etdirən cənab Prezidentimiz İlham Heydəroğlunun yanında olacağam. Bəli, həm müxalifəti, həm də iqtidarda olan bəzi yaramaz məmurları da haqlı olaraq tənqid etmişəm və peşman da deyiləm. Onu da qeyd edim ki, iqtidar və müxalifət qəzetlərini də sərt tənqid etmişəm. Mənim tənqid hədəfimdə müxalifətdən ən çox Əli Kərimli, iqtidardan da Ramiz Mehdiyev və onun ətrafı olub. Onun da əziyyətini çəkdim. 2005-ci ilin noyabr parlament seçkilərində namizədliyim YAP tərəfindən verilsə də, Binəqədi rayonu 8-ci dairədən deputat seçilməyimə həmin insanlar mane oldular, indi axtarışda olan cinayətkar Elşad Abdullayevi dəstəklədilər. O dövrdə xain adlandırdığım məmurlar barədə dediklərim gec də olsa öz təsdiqini tapdı. Məmurlarla bərabər YAP-dan seçilən deputatları da tənqid etmişəm. Çünki o dövrdə mövqe bildirməyən, gözləmə mövqeyində olan, susqun deputatlara da öz iradımı bildirirdim. İstənilən millət vəkili parlamentdə fəal olmalıdır, ortaya mövqe qoymalıdır, seçicisinin probleminə biganə qalmamalıdır, partiyasının mövqeyini dəstəkləməlidir. 2000 - 2005-ci illərdə parlamentdə dediyim fikirlər öz təsdiqini tapdığı üçün məmnunam.
-Sosial şəbəkədə kifayət qədər aktivsiniz. Fikirlərinizi açıq şəkildə yazmaqdan çəkinmədiyiniz aydın görünür. Hətta bugünlərdə yazmısınız ki, hələ də Ramiz Mehdiyevdən qorxanlar və ona qibtə edənlər var. Qorxanlar kimlərdir, onların sırasında hazırda vəzifədə olanlar da varmı? Hazırda heç bir vəzifəsi olmayan, ev dustaqlığında yaşayan yaşlı insandan qorxmağa əsas varmı?
- Kişisənsə nədənsə, kimdənsə çəkinmək və yaxud qorxmaq nə deməkdir?! Bu tip hallar mənə yaddır. Ramiz Mehdiyevlə bağlı zamanında öz mövqeyimi bildirmişəm. Dəfələrlə demişəm, bir daha deyirəm, yıxılana balta vurmaq, vəzifəyə gələni də tərifləmək xarakterimə uyğun gəlmir. Bəli, bu gün də Ramiz Mehdiyev barədə danışmağa, yazmağa cəsarəti çatmayan vəzifəli şəxslər, deputatlar və keçmiş məmurlar var. Niyəsi də odur ki, bu insanlar vaxtilə Ramiz Mehdiyevin “şinelinden” çıxıblar və onun xeyir-duası ilə vəzifə kürsüsünə qalxıblar. Bu da məncə səbəbdir və qəbul olunandır. Hər kəs özünə cavabdehdir, o cümlədən də mən. Yaşayaq görək sonluq necə qurtaracaq.
-Hazırkı Milli Məclisin fəaliyyətini izləyirsinizmi? Görmək istədiyiniz kimidir, yoxsa...
-Milli Məclisin fəaliyyəti qənaətbəxşdir. Dövrün, zamanın tələbinə cavab verən qanunlar qəbul edirlər, xarici dövlətlərə tez-tez səfərlər olur, görüşlər keçirilir və sairə.
Məni qane etməyən bir şey var, televiziya kanallarına az sayda deputatlar çıxıb, çıxışlar edirlər. Bəzən bir deputat hər şeydən danışır-müharibədən, Zəngəzur dəhlizindən, memarlıqdan, iqtisadiyyatdan, sənayedən, texnologiyadan, sudan, ekologiyadan, jurnalistikadan, səhiyyədən və sairə. Məncə hərə öz ixtisasına və sahəsinə uyğun mövzudan danışsa daha yaxşı olar. Bunun da səbəbi odur ki, aktiv və passiv deputatlar var. Bəzən mənə də müraciətlər olur, deyirəm ki, deputatları çağırın, çıxış etsinlər. Cavab verirlər ki, çağırırıq, gəlmirlər. Bu, yaxşı hal deyil. Deputatları daha fəal görmək istərdim.
-Son vaxtlar tez-tez belə fikirlər səslənir ki, yerlərdə idarəetmə sistemində dəyişiklik edilməlidir, icra hakimiyyətləri ləğv olunmalıdır. Təcrübəsi olan sabiq icra başçısı kimi, bu barədə fikirləriniz də maraqlı olardı?
- Cənab Prezident bütün sahələrdə islahatlar aparır. Düşünürəm ki, icra strukturları da köhnədən qalma mirasdır, yenilənməli, ləğv edilib Regional Nümayəndəliklər yarana bilər. Artıq tətbiq edilən Prezidentin Xüsusi Nümayəndəliyi institutu özünü doğruldur. Qərar cənab Prezidentin səlahiyyətindədir, nəyi necə və nə zaman etməyi Prezidentimiz bilir.
-Gələcəkdə yenidən deputat olmaq üçün seçkilərə qoşulmanız mümkünmü?
- Mən YAP-ın üzvüyəm, özfəaliyyətlə məşğul ola bilmərəm. Partiyamızın sədri məsləhət bilsə, deputatlığa namizədliyim YAP tərəfindən irəli sürülə bilər. Partiyamızın əsgəriyəm.
-Ali Baş Komandan İlham Əliyevin siyasəti, ordumuzun xalqımızın mübarizəsi nəticəsində torpaqlarımızı azad etdik. Bütün Qarabağda suverenliyimiz bərpa edildi. Bu gün məcburi köçkünlərimiz öz doğma yurdlarına köçür. Siz də Qərbi Azərbaycanın Nüvədi kəndindən ermənilər tərəfindən məcburi deportasiya edilmiş azərbaycanlılardan birisiniz. Nüvədiyə də qayıdacağımıza inamınız varmı?
- Mən də Zəngəzur dəhlizindən, Mehri rayonunun Nüvədi kəndindən, doğma yurdundan didərgin düşmüş bir vətəndaşam. 2022-ci ilin dekabrın 24-də cənab Prezident İlham Əliyevin iştirakı ilə Qərbi Azərbaycan İcmasının yaradılması da onu deməyə əsas verir ki, biz də öz doğma torpaqlarımıza qayıdacağıq. Qərbi Azərbaycanı 1988 - 1991-ci ildə tərk edən on minlərlə azərbaycanlılar ata-baba yurdunda ocaqlar yandırmaq arzusu ilə yaşayırlar. Biz cənab Prezidentimizə inanırıq və güvənirik. O gün uzaqda deyil. Qərbi Azərbaycanı axırıncı tərk edən Nüvədililər Nüvədiyə birinci qayıdan Qərbi Azərbaycanlılar olacaq. Biz doğma vətənimizə topla , tüfənglə, tankla deyil, minik maşınları və avtobuslarla , sərnişin qatarları ilə qayıdacağıq.
Semeru dağında vulkan ard-arda beş dəfə püskürüb - İndoneziyada
Almaniya ordusu "dron sürüsü" alır - 536 milyon avro dəyərində
"Turan Tovuz”un məşqçisi cəzalandırıldı - Kluba isə 10 min manat cərimə kəsildi (VİDEO)
Pensiyalar iki aylıq artımla bir yerdə veriləcək - AÇIQLAMA
FAO ilə ANAMA ilə arasında yeni əməkdaşlıq müzakirə olunub
Epşteyn işi: 6 milyonçunun adı niyə sənədlərdə gizlədilib?
"Qəbələ" klubu əcnəbi futbolçu ilə anlaşıb
Mərkəz: "Ölkənin yeyinti məhsullarının ixrac dəyəri 22,6 % artıb"
Bakı və Əbu-Dabi arasında Anlaşma Memorandumu imzalanıb
İLHAM ƏLİYEV MÜŞAVİRƏ KEÇİRİB - VİDEO, FOTOLAR
"Qarabağ" – "Nyukasl" matçının biletləri sabah satışa çıxarılır
"Kamerasız gəl..." - Deputat Tahir Mirkişilinin qardaşı sakinlərin çıxarışını verə bilmir, qalmaqal böyüyür (VİDEO)
Məşhur aktyor 45 yaşında qəfildən vəfat etdi - Gecə yarısı + FOTO
İlham Əliyev Ərəb Parlamentinin prezidentini qəbul edib - Müzakirə
Sabah hava necə olacaq? - Proqnoz
CHP sədrindən yeni ədliyyə naziri təyinatına sərt reaksiya: "Sabah daha pis olacaq"
Məşhur YAP-çı: "Kişisənsə qorxmaq nə deməkdir?!" - "Partiyamızın sədri məsləhət bilsə, deputatlığa..." (MÜSAHİBƏ)
"Mən o ailəyə heç salam da vermirəm” - Əli Mirəliyevdən Xalq artistinin bacısı qızının həbsinə reakisya
Daha bir CHP-li bələdiyyə sədri saxlanıldı - Paylaşıma görə
Cəlilabadda polis əməliyyatı: 3 nəfər tutulub
KARTLA İŞLƏYƏN SAYĞACDA BORC NECƏ YARANIB Kİ? - "Azəriqaz"dan anormal qərara anlaşılmaz izah + VİDEO
Politoloq Azər Qasımlıya 13 il həbs tələb olundu - Məhkəmə prosesi
İmişlidə iki nəfər 15 kq narkotiklə tutulub
İlham Əliyev Pezeşkiana məktub göndərdi - MƏTN
"Fənərbağça"dan ərəb komandasına keçən hücumçu ilk qolunu atdı - Qətər komandası darmadağın oldu
Netanyahunun təyyarəsi yolunu uzatdı - Buna görə
Suriya ordusu Həsəkə bölgəsindən geri çəkilir
Hürrem Sultan və “Bosforda boğulan 240 qadın”...
Xalq artisti İlhamə Quliyevanın bacısı qızı həbs edilib- Səbəb
ABŞ Vitse-prezidenti və həyat yoldaşı Şəhidlər xiyabanıda - VİDEO
Cey Di Vensin sildiyi status... - TƏHLİL
Azərbaycan nefti cüzi ucuzlaşdı
"Tahir Budaqov YAP-ın sədrinin müavini və aparat rəhbəridir, bu vəzifələr siyasi baxımdan..." - Yeni icra başçısı haqqında açıqlamalar
TRAMP BÖLGƏYƏ ƏLAVƏ HƏRBİ GÜC GÖNDƏRİR: "İran ya bizimlə razılığa gələcək, ya da..."
Türkiyənin bir bölgəsində məktəblər bağlandı - Qara görə
Türkiyədə bələdiyyə sədrinə qarşı ittiham - 44 il həbs gözləyir
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Aşıq Telli Borçalıya ağır itki üz verib
İzmirdə FETÖ-ya qarşı növbəti əməliyyat: 12 nəfər saxlanılıb
Makrondan Epşteynlə bağlı suala belə cavab verdi: "Məhkəmə sistemi öz işini görməlidir"
BMT Baş katibi ilə Hakan Fidan telefonda müzakirə aparıb
Türkiyə hərbçiləri NATO-nun nəhəng təliminə qatılacaq
"Patron"dan zəhərlənmə şikayətinə maraqlı reaksiya: "Məhsulun içindən xırda daş, başqa şeylər çıxa bilər"
Türkiyədə dənizdə Rusiya-Ukrayna müharibəsində vurulmuş PUA-sı qalığı tapıldı - FOTO
"Sivasspor"da baş məşqçi təyinatı oldu