"Kamerasız gəl..." - Deputat Tahir Mirkişilinin qardaşı sakinlərin çıxarışını verə bilmir, qalmaqal böyüyür (VİDEO)

img

11-02-2026 [12:57]


Milli Məclisin komitə sədri, deputat Tahir Mirkişilinin qardaşı şahin Mirkişlinin rəhbnəri olduğu "Absheron City" Mənzil-Tikinti Kooperativindən mənzil alan insanlar çıxılmaz durumla üz-üzə qalıblar.

Mia.az xəbər verir ki, illər əvəvl Xrdalanda yerləşən MTK-nın binalarından mənzil alan sakinlərin əksəriyyəti hələ də çıxarış ala bilmirlər. Nəticədə onlar mənzillərinə qeydiyyata düşə və ya bir çox qanuni haqlarından yararlana bilmirlər.

Mia.az xatırladır ki, bu problem zaman-zaman mediada hallansa da, bu, nə deputat, nə qardaşı, nə də rəsmi qurumları narahat edib.

Bu günlərdə isə BakuTV şiakyətə bağlı ərazidə olub. Kameraya danışan sakinlər MTK rəhbərliyini onları aldatmaqda ittiham ediblər.

Maraqlıdır ki, MTK rəhbərluyi isə kamera önündə jurnalistə açıqlama verməkdən açqı şəkildə yayınıblar: "Kamerasız gəl, danşaq. Kamera varsa, olmaz".

Yeri gəlmişkən, bir müddət əvvəl bu MTK-nın 592 357,30 manat vergi borcu olması haqqında da saytlarda xəbər yayyılmışdı. Hətta Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsi şirkəti və onun rəhbəri Şahin Mirkişilini məhkəməyə vermişdi. Həmin vaxt vergi deputat qardaşının ölkədən çxıışına qadağa qoyulmasını da tələb edirdi...

Samir MUSAYEV

Mia.az


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA