Cey Di Vensin sildiyi status... - TƏHLİL
11-02-2026 [09:41]
ABŞ dünyanın super gücüdür. ABŞ-ın vitse-prezidenti isə bu sistemin ikinci adamıdır. Amma fakt budur ki, ABŞ-ın vitse-prezidenti Cey Di Vens X sosial şəbəkəsində paylaşdığı statusu silmək məcburiyyətində qaldı.
Paylaşımda “erməni soyqırımı” ifadəsi iki dəfə yer alırdı. Post bir neçə saat açıq qaldı və daha sonra səssizcə silindi. Ardınca vitse-prezidentin mətbuat katibi Teylor Van Kirk Tsitsernakaberd memorialına səfərlə bağlı sadəcə məlumat xarakterli yeni paylaşım etdi. Diqqətçəkən detal isə budur ki, yeni mətndə “erməni soyqırımı” ifadəsi artıq yoxdur.
Bu nə deməkdir? Bu, texniki düzəliş deyil. Bu, siyasi korrektədir. Və bu korrektə Türkiyə və Azərbaycanın koordinasiyalı reaksiyası nəticəsində baş verib.
İllərlə bizə belə bir mif sırınıb ki, ABŞ istədiyini deyir və kiçik dövlətlər buna təsir edə bilməz. Bu hadisə həmin mifin praktik iflasıdır.
Əgər ABŞ-ın vitse-prezidenti paylaşımını silirsə, deməli mövzu diplomatik risk yaradıb, Ankara və Bakı xətti Vaşinqtonda ciddiyə alınıb və “erməni soyqırımı” termini artıq avtomatik istifadə olunan ifadə deyil.
Burada daha vacib məqam var. ABŞ bu termini silməklə erməni iddiasını rəsmən geri götürmür. Amma onu siyasi balans predmetinə çevirir. Yəni bundan sonra bu ifadə: emosional jest deyil, hüquqi fakt deyil, geosiyasi qiyməti olan riskli sözdür.
Bu isə erməni diasporu üçün pis xəbərdir.
Çünki onların istədiyi “qırmızı xətt” statusu yumşalır.
Nəticə sadədir: ABŞ super dövlətdir, bəli. Amma təzyiq doğru qurulanda, arqumentlər koordinasiyalı olanda, mövqe tək yox, ittifaq şəklində ifadə ediləndə, hətta ABŞ-ın ikinci şəxsi belə geri addım atır.
Bəzən bir statusun silinməsi onlarla rəsmi bəyanatdan daha çox şey deyir. Bu da həmin hallardan biridir.
Elbəti Həsənli
MİA.AZ
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi