Sabunçuda dövlət qurumundan gülünc səhv (VİDEO)

img

20-09-2014 [13:57]


Bakının Sabunçu rayonunda bir ailəyə ev ünvanı səhv verilib.

ANS TV-nin məlumatına görə, Sevda İsmayılovanın nəvəsi üçün uşaq pulunu ala bilməməsinini səbəbi yaşadıqları evə səhv ünvan verilməsidir. Ailə 2007-ci ildə bu evi alıb. Həmin vaxt ünvan olaraq Elşən Mehdiyev 38 mənzil 15 yazılıb. Əslində isə həyət evlərində mənzil olmamalıdır. İsmayılovlar ailəsi həmin dövrdə evlərini qeydiyyata almağa biganə yanaşıblar. Amma bir il əvvəl balaca Abdulla dünyaya gəlir və ona birdəfəlik müavinət, 93 manat almaq üçün valideynlərin yaşayış yerindən arayışı lazım olur. Ana üçün qeydiyyatda olduğu yerdən arayış alınır. Amma bu evdə qeydiyyatda olan ataya Sabunçu rayon nümayəndəliyindən ünvanını saxta olduğu əsas gətirilərək arayış verilmir. 

Sabunçu rayon nümayəndəliyindən Məhərrəm Mehrəliyev bildirdi ki, həqqətən də həmin ünvanda yazılan "mənzil” sözünə görə ev qəsəbə nümayəndəliyində qeydiyyata alınmayıb. 

Nümayəndə onuda bildirdi ki, düzgün ünvan almaq üçün isə ailə Pasport Qeydiyyat şöbəsinə müraciət edərək orada ünvanı dəyişdirə bilər. 

Yəni bunu etməklə Sevda İsmayılova balaca Abdulla üçün müavinəti ala biləcək. Amma sonrakı dövrdə oxşar halla qarşılaşmamaq üçün məhkəməyə müraciət edib, ünvandakı texniki səhvi aradan qaldırmalıdır.




Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA