Azərbaycanlı həkimdən rüsvayçı hərəkət - Əxlaqsızlıq

img

20-09-2014 [10:40]


Türkiyədə Azərbaycan vətəndaşı olan həkim 20 il müddətinə həbs edilə bilər. 

Həkim F.İ iki qadın xəstəsinə qarşı seksual xarakterli hərəkətlərdə ittiham edilir. 

Məlumata görə, asissent həkim F.İ İzmir şəhərindəki universitetin urologiya şöbəsində çalışıb. O, müayinə zamanı iki qadına əllə taciz edib. 

Həkimdən şikayət edən qadınlar 58 və 25 yaşlarında olublar. M.K. adlı qadın həkimin uzun müddət onun cinsi orqanına əli ilə toxunduğu və alt geyimlərini çıxararkən onu izləməsini, digər xəstə D.E. isə tibb işçisinin onun sinəsinə toxunduğunu, yanağından öpdüyünü deyərək şikayət edib. 

Şikayətdən sonra azərbaycanlı həkim haqqında "seksual xarakterli hərəkətlər" ittihamı ilə cinayət işi açılıb. Həkimin 6-20 il azadlıqdan məhrum edilməsi tələb edilir(anspress.com). 

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA