20-09-2014 [10:21]
Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva mərasimdə iştirak edib. "Azərbaycan şəhərciyi” ölkəmizin tarixi və mədəniyyəti, o cümlədən turizm imkanlarının tərənnümünə həsr olunan müxtəlif sərgiləri özündə birləşdirir. Şəhərciyin təşkil olunmasında əsas məqsəd xaricdə Azərbaycanın daha yaxşı tanıdılması, Fransada və onun paytaxtında bununla bağlı təbliğat xarakterli tədbirlərin davamlılığını təmin etməkdir. Heydər Əliyev Fondunun budəfəki təşəbbüsü də məhz bu məqsədə xidmət edir.
Sərginin açılışında çıxış edən Parisin 6-cı rayonunun meri Jan- Pyer Lökoq 10 gün ərzində parislilərin Azərbaycan və onun zəngin mədəniyyəti haqqında dolğun məlumat ala biləcəklərini bildirib. Ölkəmizin sürətlə inkişaf etdiyini deyən mer son illərdə Azərbaycanın birinci xanımının təşəbbüsü ilə xaricdə bir çox tədbirlərin keçirildiyini, bu sərginin də onların davamı olduğunu qeyd etdi.
Sonra Azərbaycanın birinci xanımı Mehriban Əliyeva çıxış edib:
- Hörmətli cənab mer!
Hörmətli Azərbaycanın Dostları Assosiasiyasının üzvləri!
Əziz qonaqlar, əziz dostlar, xanımlar və cənablar!
Parisin mərkəzində və onun ən gözəl guşələrindən biri olan San-Süplis meydanında "Azərbaycan şəhərciyi”nin açılışında hər birinizi ürəkdən salamlayıram.
İlk növbədə Azərbaycanı, onun tarixini, incəsənətini və mədəniyyətini tanıdan bu layihənin hazırlanmasına və keçirilməsinə yardım göstərən hər bir şəxsə, xüsusən də Paris şəhərinin VI rayonunun meri cənab Jan-Pyer Lökoqa və onun komandasına öz dərin minnətdarlığımı bildirirəm.
Fransada həyata keçirilən layihələr Azərbaycan tarixini, mədəniyyətini, incəsənətini tanıtmaqda mühüm rol oynayır.
Azərbaycan Fransa ilə ikitərəfli münasibətlərə çox böyük əhəmiyyət verir. Mən çox sevinirəm ki, son illər bu münasibətlər strateji əməkdaşlıq xarakteri daşıyır. Həm dövlət, həm də qeyri-dövlət strukturları, biznes sektoru, ictimai təşkilatlar arasında işgüzar əlaqələr qurulur və inkişaf edir.
Azərbaycan ilə Fransa bir çox sahələrdə əməkdaşlıq qurub, xüsusən də şəhərsalma, nəqliyyat, kosmos, şərabçılıq və digər sahələrdə artıq işgüzar əlaqələr yaranıb və bu əlaqələr ildən ilə inkişaf edir.
Azərbaycan Fransanın Cənubi Qafqazda ən böyük ticarət tərəfdaşıdır. Ölkələrimiz arasında ticarət dövriyyəsi iki milyard dollara çatıb. Azərbaycanda əllidən çox fransız şirkəti fəaliyyət göstərir.
Əlbəttə, xalqlarımız, ölkələrimiz arasında münasibətlərin möhkəmlənməsində humanitar və mədəniyyət sahəsində olan əlaqələr çox böyük əhəmiyyət daşıyır. Mən çox şadam ki, son iki il ərzində bu sahədə bir çox layihələr həyata keçirilib. Bir misalı sizin diqqətinizə çatdırmaq istərdim. Parisə gəlməmişdən əvvəl, sentyabrın 15-də ölkəmizin paytaxtı Bakıda Azərbaycan dövlətinin vəsaiti ilə inşa olunan ilk fransız liseyinin açılışında mən dövlət başçısı ilə bərabər iştirak etdim və çox şadam ki, müasir təhsil ocağı artıq ilk şagirdlər üçün öz qapılarını açıb.
Fransada isə biz mütəmadi olaraq artıq ənənəvi şəkildə Azərbaycan mədəniyyətini təqdim edən tədbirlər keçiririk və çox sevindirici haldır ki, təkcə Parisdə yox, Fransanın müxtəlif regionlarında, müxtəlif şəhərlərində Azərbaycanı tanıdan, Azərbaycan reallıqlarını çatdıran tədbirlər çox böyük maraqla qarşılanır. Mən çox şadam ki, bizim birgə səylərimiz nəticəsində Fransada Azərbaycanın dostlarının sayı ildən ilə artır. Bu sırada, bu yaxınlarda öz fəaliyyətini bərpa edən Fransadakı Azərbaycanın Dostları Assosiasiyasını biz ürəkdən salamlayırıq, onun fəaliyyətini alqışlayır və dəstəkləyirik.
Əziz dostlar, bu on gün ərzində "Azərbaycan şəhərciyi”ndə sizlərə Azərbaycanın keçmişi, bu günü və gələcəyi, Azərbaycanın tarixi, mədəniyyəti, incəsənəti və musiqisi barəsində dolğun məlumat veriləcək. Eyni zamanda, biz zəngin mədəni proqram hazırlamağa çalışmışıq. Ənənəvi və klassik musiqi, caz konsertləri, müxtəlif rəqs ansambllarının çıxışları sizə təqdim olunacaq. Ümidvaram ki, bu layihə də qəlbdən qəlbə ənənəvi, növbəti bir körpü olacaq.
Sonda qeyd etmək istərdim ki, sərginin, bu yarmarkanın bir qismi bildiyiniz kimi gələn il ölkəmizdə keçiriləcək Avropa oyunlarına həsr olunub. Bu, həm ölkəmiz, həm də Avropanın idman hərəkatı üçün çox əhəmiyyətli bir tədbirdir. Bu gün Azərbaycanda bütün lazımı tədbirlər görülür və ümidvaram ki, oyunlar əmin-amanlıq, həmrəylik və sağlam rəqabət şəraitində keçiriləcək.
Mən fürsətdən istifadə edərək sizləri bu tarixi oyunları izləmək üçün ölkəmizə dəvət edirəm.
Əziz dostlar, dəvətimizi qəbul edib bu axşam bizimlə olduğunuza görə sizə dərin minnətdarlığımı bildirirəm və sizə xoş axşam arzulayıram(azertac).
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi