İRANIN NÜVƏ BOMBASI VAR? - XİN başçısı dünyanı həyəcanlandırdı: "Nüvə bombamız böyük güclərə "yox" demək gücümüzdür"
09-02-2026 [00:03]
"İranın nüvə proqramı ilə bağlı sual və narahatlıqların yalnız diplomatiya yolu ilə həll edilə bilər. Danışıqlardan başqa yol yoxdur".
Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu sözləri İranın xarici işlər naziri Abbas Arakçi Tehranda Siyasi və Beynəlxalq Araşdırmalar Mərkəzində keçirilən İranın Xarici Siyasəti və Xarici Əlaqələr Tarixi Konqresində çıxışda deyib.
O, çıxışında İranın nüvə proqramı, uranı zənginləşdirmək hüququ, ABŞ-la danışıqlar prosesi və Vaşinqtonun bölgədəki hərbi təzyiqi ilə bağlı mövcuz vəziyyəti nəql edib.
"Mən bu məsələyə müstəqillik və şərəf baxımından baxıram"
Nazir İranın nüvə proqramı ilə əlaqədar çox böyük bədəl ödədiyini də xüsusi vurğulayb: "Bu, əslində, ölkənin ehtiyaclarına uyğundur. Uranının zənginləşdirilməsi və nüvə proqramı kənd təsərrüfatı, səhiyyə və digər sahələrin ehtiyaclarına adekvatdır. Bu, həmçinin gələcək nüvə yanacağı ehtiyacları və nüvə elektrik stansiyalarının tikintisi məqsədi üçün vacibdir. Mən bu məsələyə müstəqillik və şərəf baxımından baxıram. Zənginləşdirmədə israr etməyimizin və müharibə bizə tətbiq olunsa belə, bundan imtina etməyəcəyimizin səbəbi, heç kimin bizə nəyə sahib olmalı və ya etməməli olduğumuzu diktə edə bilməməsidir. Bu, dominantlığı rədd etmək prinsipinə əsaslanır. Zənginləşdirmə hüququ bizə məxsusdur və bu hüquqdan istifadə edib-etməmək bizim qərarımızdır."
"Əgər onlar təhdidlə danışsalar, biz də təhdidlə cavab verəcəyik"
Arakçi daha sonra ABŞ-a açıq mesaj verib: "Onlar bizim nüvə gücümüzdən narahat olduqlarını deyirlər. Narahatsınızsa, bu narahatlıqları həll etməyə hazırıq. Suallarınız varsa, biz onları cavablandıracağıq. Lakin heç kim sadəcə istədikləri üçün bizə "'bunu almamalısınız" deyə bilməz. Bu, illərdir izlədiyimiz yolun təməlidir. Uranı zənginləşdirmə, şübhəsiz ki, vacib idi, amma həqiqətən vacib olan İranın heç kimdən əmr almadığını və heç bir gücün təzyiqini qəbul etmədiyini göstərmək idi.
Biz bunu 12 günlük müharibədə təsdiqlədik. Əgər biz o vaxt müqavimət göstərməsəydik və onların tələblərinə boyun əysəydik, bu, İran tarixinə utancverici şəkildə yazılacaqdı. İran xalqı 12 günlük müharibədə təslim olmayacağını sübut etdi. Müharibənin üçüncü günündə qeyd-şərtsiz təslim deyənlər 12-ci gündə qeyd-şərtsiz atəşkəs mesajı göndərdilər. Çünki qorxmadıq və müqavimət göstərdik. Bu gün belə, onların bölgəmizdə hərbi yerləşdirilməsi bizi qorxutmur. Biz həm diplomatiya, həm də müharibə adamlarıyıq. Müharibə adamlarıyıq deyəndə, müharibə apardığımızı nəzərdə tutmuram; əksinə, heç kimin bizə qarşı müharibə etməyə cəsarət etməməsi üçün müharibəyə hazırıq. Biz diplomatiya adamlarıyıq, çünki məntiqimiz və deyəcək sözümüz var. Əgər onlar diplomatiya yolunu seçsələr, biz də eyni yolu tutacağıq. Əgər onlar İran xalqı ilə hörmətlə danışsalar, biz də hörmətlə cavab verəcəyik. Əgər onlar təhdidlə danışsalar, biz də təhdidlə cavab verəcəyik".
"Onlar nüvə bombasından qorxurlar"
Arakçi sonda fikrini belə tamamlayıb: "İranın gücünün əsası zorakılığa və zülmə qarşı durmaq qabiliyyətidir. Onlar nüvə bombasından qorxurlar, amma biz nüvə bombası əldə etmək ardınca getmirik. Ancaq İranın gücünün təməli zorakılığa və zülmə qarşı durmaq qabiliyyətidir. Onlar nüvə bombasından qorxurlar. Bizim nüvə bombamız böyük güclərə "yox" demək gücümüzdür. İranın əsl gücü də buradan qaynaqlanır."
F.ƏHMƏD
MİA.AZ
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi