Partiya sədri: "Məncə, bu ssenari cəlbedicidir və..." - "Vensin Azərbaycana səfəri ölkəmizin dünya siyasətində..."
08-02-2026 [12:09]
"ABŞ vitse-prezidenti Ceyms Vensin bölgəmizə, o cümlədən Azərbaycana səfəri çox mühim hadisədir, Cənubi Qafqazın dünya siyasətində önəminin sübutudur. Vensin Azərbaycana səfəri ölkəmizin dünya siyasətində, yerinin, nüfuzunun və çəkisinin artdığını da sübut edir".
Mia.az xəbər verir ki, bu sözləri Real Partiyasının sədri Natiq Cəfərli deyib.
Onun sözlərinə görə, JD Vancein gündəmində bölgədə sülhün möhkəmlənməsi və kommunikasiya xəttlərinin açılması əsas yer tutacaq: "Bundan başqa, Cənubi Qafqaz, o cümlədən Azərbaycan, böyük ABŞ şirkətləri üçün regional data mərkəzlərinin qurulması üçün də önəm daşıyır. Data mərkəzlər rəqəmsal məlumatların saxlanılması, emalı və təhlükəsiz idarə olunması üçün nəzərdə tutulur, bunun üçün böyük enerji mənbəyi və ona bağlı soyutma infrastruktu lazımdır. Azərbaycanda yaxın illərdə enerji istehsalı (elektrik enerjisi) kəskin artacaq, yüksək gəlirli və elm tutumlu sahə olan data mərkəzlərinin ölkəmizdə yaranmasına nail olsaq, bu ciddi uğur sayılacaq".
Partiya sədri əlavə edib ki, Azərbacan-Ermənistan münasibətləri sürətlə yaxşılığa doğru irəliləyir və bu müsbət haldır: "ABŞ və Tramp məsələnin mərkəzinə yerləşdikdən sonra münasibətlərin yaxşılaşması daha yüksək sürətlə baş verir. Sülh müqaviləsi paraflanıb, amma hələ ki, imzalanma və ratifikasiya məsələsi həll edilməyib. Azərbaycanın haqlı tələb və gözləntiləri var, Ermənistan Konstitusiyasının preambulasında ölkəmizə qarşı ərazi iddiaları kimi qavranılan müddəalar çıxarılmalıdır.
7 iyunda Ermənistanda seçkilərdir, düşünrəm ki, bu seçkilərdən öncə də müqaviləni imzalamaq olar, bəlkə də, lazımdır. Seçkilərə qədər Ermənistan yeni Konstitusiyanın mətnini dərc edəcək, çünki seçkidən həmən sonra referendum olacaq. Əgər Konstitusiyanın yeni redaksiyası, layihəsi Azərbaycanın gözləntilərinə tam cavab versə, seçkiyə qədər də paraflanmış müqavilə imzalana bilər. Bu da Paşinyan komandasının sülh üzərinə qurulmuş seçki kampaniyasına dəstək olar. Yəni, imzalanmaq olar, amma, parlamentlər tərəfindən radifikasiya edilməsi seçkidən, referendumdan sonraya qala bilər. Məncə, bu ssenari cəlbedicidir və sülh prosesinin daim müsbət tonusda, pozitiv dinamikada saxlamağa yardımçı ola bilər...".
F.Əhməd
MİA.AZ
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi