Qarabağ əlili "Azəriqaz"ı məhkəmədə uddu, SOS verdi - "Məhkəmə qanunsuz qərarı ləğv etdi, mən işimə bərpa olundum"
08-02-2026 [00:23]
"Axır ki, məndə bir rekorda imza atacağam. Bəli, düz anladınız. Mən artıq Ginnesin Rekordlar Kitabına müraciət hazırlamaq üçün lazım olan sənədləri, yəni dəlilləri toplayıram. Səbəbə əvvəldən başlayaq.
Mən 1972-ci il təvəllüdlü bir şəxsəm. Qarabağ müharibəsində iştirak edib, zədə almışam. 1994-cü ildə “Azəriqaz” İB-nə çilingər vəzifəsinə daxil oldum. Bir müddət sakit işləsəm də, sistemdə o vaxtlar olan qanun pozuntularına göz yuma bilmədiyimdən rəhbərliklə ara-sıra kiçik konfliktlərim olurdu".
Bu sözləri Qarabağ döyüşçüsü və əlili Əhməd Rəhmanov Mia.az-a açıqlamasında deyib.
Onun sözlərinə görə, 2014-cü ildə ilk dəfə ixtisara salınandan sonra məhkəməyə müraciət edib:
"Bakının Xətai rayon məhkəməsi bu ixtisanı qanunsuz hesab edib, məni öz iş yerimə qaytardı. 1 illik məhkəmə çəkişməsindən sonra öz növbəli iş rejimimə dönüb, 1 illik məcburi işə buraxılmamanın əmək haqqını "Azəriqaz"dan aldım. Çox keçmədən, 2019-cu ilin fevralında "Azəriqaz"da gedən struktur dəyişikliklərində olan bərbad – daha dəqiq desək, əmək təhlükəsizliyi qaydalarına zidd olan ixtisara (yəni qəzabərpa və istismar xidmətinin operativ qrupunda çilingərlərin sayının azaldılması) etiraz olaraq, Dövlət Əmək Müfəttişliyinə və Fövqəladə Hallar Nazirliyinə müraciət ünvanladımdan sonra, rəhbərlik mənim əlil olmamı bəhanə gətirərək məni növbəli işdən çıxardıb, 8 saatlıq, adı eyni olsa da, fərqli iş prinsipi olan işə keçirdi.
Bu dəfə də öz hüquqlarımı məhkəmədə axtardım və qalib gəldim. Qalib gəldim, ona görə yox ki, məni qanunsuz çıxartmışdılar, ona görə ki, "Azəriqaz" artıq 2015-ci ildən bəzi işçi qruplara verməli olduğu ağır iş əmsalını vermədiyindən mənim çalışdığım peşə artıq sadə peşələr siyahısında idi və əlilliyi olan insanı bu peşədən uzaqlaşdırmaq üçün təkcə istək az idi, işə götürən həm də müxtəlif qayda-qanuna riayət etməli idi ki, atdığı addım qanuni saysın. Bir müddətdən sonra "Azəriqaz" rəhbərliyi yenə də qanun pozuntusuna əl atıb, bu dəfə artıq məni 3-cü dəfə, 2023-cü ildə, mənə və mənim kimi əlilliyi olan insanlara aid olmayan bir maddə ilə işdən uzaqlaşdırdı".
Əhməd Rəhmanov deyir ki, "Azəriqaz" sonradan da ona qarı qanunsuzluqdan əl çəkməyib: "Düzü, bu dəfə artıq canını məndən qurtaran rəhbərlikdən çox, mən özüm sevindim. Rəhbərlik ona görə sevindi ki, eyni vaxtda bir neçə əlilliyi olan şəxsi işdən çıxartmaqla, əlilliyi olan şəxslər üçün vacib olan iş şəraitini qurmaqdansa (yəqin bu şəraiti onun da öz rəhbərliyinin əmri ilə, öz hesabına etmək əmri olduğundan maddi cəhətdən baha başa gəlirdi deyə) əlilliyi olan insanlar üçün ayrılan iş yerləri kvotasını pozana tətbiq olunan cüzi cəriməni ödəmək daha sərfəli idi.
Mən isə ona görə sevindim ki, bəzi naşi dəllallardan irəli getməyən, əmək qanunvericiliyindən xəbəri olmayan rəhbərliyin kor-təbii verdiyi əmri yerinə yetirməklə, "Azəriqaz"in yerli xırda məmurları qanunları kobud şəkildə pozdu və hər hansı bir məhkəmə mənim... daha dəqiq desək, bizim xeyrimizə qərar verəcəkdi. Buna Tam əmin edim. Səbədə bu idi ki, Mən artıq “ Azəriqaz “ rəhbərliyinin sahəsəndə özüm əmək qanunvericiyi ilə maraqlanırdım və 2023-cü ildən Vətəndaş Huquqlarının Müdafiəsinə Dəstək (VHMD) Müstəqil Həmkarlar Birliyinin həmtəsiscisi və sədr müavini idim. Və elə də oldu. İl yarımlıq məhkəmə çəkişməsindən sonra - 2025-ci ilin mart ayında öz iş yerimə, yəni Bakı şəhəri Nəsimi rayon Qaz İstismar Departamentinə, növbəli iş rejiminə döndüm.
Amma deyirlər, adam pis vərdişi daha tez öyrənir. Bir də atalar sözü var, deyirlər atalar üç dəfədən deyib. Amma nədənsə "Azəriqaz" rəhbərliyinə isə bu xalq məsəllərini vaxtında öyrədən olmayıb deyə, çox keçmədən, "Azəriqaz" rəhbərliyi Bakı Regional Qaz İstismar İdarəsinin rəhbərliyinin köməyi ilə məni bir daha "sevindirdi".
Xalq arasında təəssüf ki, axmaqlıq simvoluna çevrilmiş eşşəyin də palçığa ikinci dəfə girmədiyi halda, "Azəriqaz" rəhbərliyi məhkəmə yolu ilə işə qayıtdığımdan cəmi 6 ay sonra məni yenidən ixtisara saldı".
Şikayətçinin sözlərinə görə, bu kifayət deyil kimi, hələ struktur dəyişikliyi adı altında qaz təsərrüfatını elə bərbad hala salıblar ki, bu gün Bakının mərkəzində yer altı qaz xətlərində hər hansı bir xəta baş versə, bu işə cavabdeh olan çilingər qaz quyusuna daxil olub, o xətanı aradan qaldırsa qanunları pozmuş olacaq:
"Səbəbi də odur ki, əvvəla, çilingər təkdir; ikincisi, o çilingər hər səhər işə başlamamışdan öncə əmək təhlükəsizliyi qaydalarına imza qoyur. O qaydalarda isə açıq-açığına yazılıb ki, hər hansı bir yüksəkliyə (yəni nərdivan tələb olunan halda) və ya yer altı quyuda qəzanı aradan qaldırmaq üçün ən azı 3 nəfər lazımdır. Biri avtomobil yolunu bağlayır, biri quyuya düşür və biri də quyuya düşəni qoruyucu kəmərlə yuxarıdan saxlayır ki, quyuda çilingərin vəziyyəti pisləşərsə onu quyudan vaxtında çıxara bilsinlər".
Şikayətçi daha sonra yeni rekordundan bəhs edib: "Nə başınızı ağrıdım! Qayıdaq indi bir daha rekordlar kitabına. İxtisara salınandan sonra mən öz ənənəm üzrə işi məhkəməyə verdim və... düz tapdınız. Xətai rayon məhkəməsinin hakimi İlahə xanım Abbasova ədalətli qərarı ilə mənim 4-cü dəfə işə qayıtmam barədə qərar qəbul etdi.
Odur ki, hörmətli oxucu, mən bu günlərdə Ginnesin Rekordlar Kitabının Zaqafqaziya üzrə nümayəndəliyi ilə əlaqə saxladım və daha dəqiq desək, "Azəriqaz"ın növbəti dəfə palçığa girməsinin qeydə alınması barədə sorğu ünvanladım. Qaldı indi bu rekordun təsdiq edilməsi üçün bir neçə sənədləşmə işləri...".
Hüseyn Namazov
MİA.AZ
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi