Mikayıl Cabbarovun bəzi əməkdaşlarını “bitirəcək” kaset - Şikayət

img

20-09-2014 [09:16]


İmişli təhsilində yeni məhkəmə qalmaqalına start verilib. 

Bu barədə rayonunun Çaxırlı kəndində müvəqqəti yaşayan, əslən Ağdərə rayonundan olan məcburi köçkün Ceyhunə Şümşad qızı Qasımova tərəfindən Prezident İlham Əliyevə, Heydər Əliyevin prezidenti, millət vəkili Mehriban Əliyevaya, Təhsil naziri Mikayıl Cabbarova və digər dövlət qurumlarının rəhbərlərinə ünvanlanmış şikayət məktubunda bildirilib. 

Mia.az-a daxil olan məktubun surətində şikayətçi yazır ki, Çaxırlı kənd sakini yaşadığı kənd məktəbində baş verən xoşagəlməz olaylar səbəbindən yeniyetmə qızını məktəbdən çıxarıb: «Bəli, mən, qızımı rəsmilərin iddia etdiyi kimi, mən xoşluqdan deyil, İmişli rayonunun Çaxırlı kənd orta məktəbinin direktoru Atamoğlan Məmmədov və dərs hissə müdirinin qızlara qarşı ağlasığmaz ifadələr işlətməsi, tədrisin çox aşağı səviyyədə olması, direktor və tədris hissə müdirinin nazirlik səviyyəsində müdafiə olunmaları səbəbindən məktəbdən çıxarmaq məcburiyyətində qalmışam. Bu haqda şikayətlərimdən sonra rayon təhsil şöbəsinin rəhbərliyi, o cümlədən şöbə müdiri Ramiz Əmirovun müavini Vahid Tağıyev guya məktəbdə yoxlama apardılar. Və mənə şifahi bildirildi ki, guya məktəb direktoruna Əmək Məcəlləsinə uyğun olaraq şiddətli töhmət verilib, eyni zamanda, içki düşkünü olmasına görə ona irad tutulub. Ancaq bu faktlar təəssüf ki, yoxlama aktına daxil edilməyib. Taam əksinə, bu məsələdə nazirliyə etdiyim çoxsaylı şikayətlər zamanı da aydın oldu ki, məktəb direktorunun qanunsuzluğu həm təhsil şöbəsi, həm də nazirlik tərəfindən mənə bəlli olmayan səbəbdən müdafiə olunur». 

Ceyhunə Qasımova yazır ki, şikayətlərinə görə məktəb direktorunun oğlu və həyat yoldaşı onun evinə də təhdid xarakterli gəliblər: «Həyat yoldaşı və oğlu evimə hücum çəkərək məni və ailəmi təhdid etməyə başladılar. Hətta açıq şəkildə məni təxribata çəkərək, vurmaq da istəyirdilər. Bununla bağlı həyətimizə quraşdırılmış təhlükəsizlik kamerasında bütün görüntülər də var. Ancaq polisə şikayət eləsəm də, polis «mülki iş» olduğunu deyilərək, cinayət işi açmadı. Prokurorluğa şikayətdən sonra iş yenidən təhqiqata qaytarılıb. Ümid edirəm ki, bu dəfə iş obyektiv araşdırılacaq». 

Hazırda məktəb direktorunun şikayətlərinə görə onu İmişli rayon məhkəməsinə verdiyini Mia.az-a deyən C.Qasımova yazır ki, ondan 5 (beş min) manat təzminat və təkzib tələb olunur: «Guya məktəb direktoruna böhtan atmışam. Halbuki istər rayon təhsil şöbəsinin rəhbərliyi, istərsə də Təhsil Nazirliyinin rəsmilərinin qəbulunda olanda mənə qeyri-rəsmi haqlı olduğum, məktəb direktoruna töhmət və xəbərdarlıq olunduğu bildirilib. Deyə bilərəm ki, bunları sübut edən dəlillərim, kasetlərim var. Ancaq təəssüf ki, Təhsil Nazirliyinin rəsmiləri, xüsusən Firudun müəllimə məhkəməyə verildiyimi telefonla bildirəndə, o, mənə «əcəb edib, veriblər, get indi özünü müdafiə elə» dedi. Odur ki, mən həm onun, həm də digərlərinin danışıqlarının əks olunduğu kasetlərin surətlərini də şikayətimə əlavə edir və xahiş edirəm, bunları dinləyərək, mənə qarşı qanunsuz təhdidləri və məhkəmə prosesini nəzarətə götürəsiniz». 

Onu da qeyd edək ki, İmişli rayon Məhkəməsində direktorun şikayətçiyə qarşı iddiasına hakim Ülvi Qəmbərovun sədrliyi ilə sentyabrın 25-də baxılacaq. 

Sonda bildirək ki, şikayətçinin iddia etdiyi disklər Mia.az-dadır verilib. Və müavfiq araşdırma ilə birlikdə təqdim edəcəyik. 

Qarşı tərəfi də dinləməyə hazırıq.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA