MİT-dən MOSSAD-a qarşı daha bir əməliyyat: daha 2 casus saxlanldı - Təfərrüat
06-02-2026 [10:05]
Türkiyə Milli Kəşfiyyat İdarəsi (MİT) İstanbulda İsrail Kəşfiyyat Xidmətinə (MOSSAD) Türkiyədə casusluq fəaliyyəti aparanlara qarşı növbəti əməliyyat keçirib.
Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, əməliyyatla MOSSAD-a casusluqda ittiham olunan Mehmet Budak Derya və Veysel Kerimoğlu həbs olunub.
Məlumatda deyilir ki, əməliyyat İstanbul Baş Prokurorluğu və İstanbul Polis İdarəsinin Terrorla Mübarizə Şöbəsi ilə koordinasiyalı şəkildə həyata keçirilib: "MOSSAD üçün casusluq etdiyi müəyyən edilən qiymətli mərmər biznesi ilə məşğul olan Mehmet Budak Derya və onun əlbir olduğu Veysel Kerimoğlu saxlanılıb".
Xəbərdə deyilir ki, Mersinin Silifke rayonunda mərmər karxanası işlədən mədən mühəndisi Mehmet Budak Derya 2005-ci ildən apardığı beynəlxalq ticarət fəaliyyəti ilə MOSSAD-ın "radar"ına düşüb: "2012-ci ilin sentyabr ayında Deryaya İsrail şirkətinin rəsmisi olan "Əli Əhməd Yassin" kod adlı şəxs ofisində baş çəkib. 2013-cü ilin yanvar ayında "biznes imkanları" vədi ilə Avropaya dəvət edilən Derya ilk dəfə orada MOSSAD üzvləri ilə orada görüşüb. MOSSAD-ın göstərişlərinə əsasən Derya fələstin əsilli Türkiyə vətəndaşı Veysel Kərimoğlunu işə götürüb və İsrail əleyhinə olan fələstinli şəxslər haqqında məlumat toplamaq üçün Kərimoğlunun Yaxın Şərq şəbəkəsindən istifadə edib. Qəzzadakı vacib anbarların toplanmış məlumatları və fotoşəkilləri birbaşa İsrail kəşfiyyatına ötürülüb. Kərimoğlunun maaşının və əməliyyat xərclərinin birbaşa MOSSAD tərəfindən ödənildiyi müəyyən edilib".
Diqqəti çəkən detallardan biri 2016-cı ildə Tunisdə sui-qəsdə uğrayan Məhəmməd Zouari ilə bağlıdır: "Mehmet Budak Derya və Veysel Kerimoğlunun MOSSAD tərəfindən verilən nümunələrdən istifadə edərək Zouariyə dron hissələri satmağa can atıblar: "Onların sui-qəsddən əvvəl onunla kommersiya əlaqəsi qurduqları üzə çıxarılıb"
Məlumatda daha bir maraqlı nüans isə MOSSAD-ın "qaydalara uyğun" olaraq, Mehmet Budak Derya iki yalan detektoru testindən keçirməsi sayıla bilərb: biri 2016-cı ildə Asiya ölkəsində, digəri isə 2024-cü ilin avqust ayında Avropa ölkəsində.
Casusluq fəaliyyətində şifrələnmiş rabitə sistemlərindən istifadə edən Deryanın Türkiyədən əldə etdiyi SIM kartlar, modemlər və routerlər kimi cihazların texniki məlumatlarını (MAC ünvanları, parollar) İsrail xidmətinə ötürdüyü də müəyyən edilib: "2026-cı ilin yanvar ayında Avropada keçirilən son görüşdə MOSSAD-ın Derya vasitəsilə böyük bir əməliyyat hazırladığı məlum olub. Plana aşağıdakılar daxildir: xaricdə qurulan kağız üzərindəki şirkətlər vasitəsilə beynəlxalq təchizat zəncirlərinə sızmaqla qablaşdırma və saxlama yerini dəyişdirdikdən sonra təyin olunmuş ölkələrdən əldə edilən məhsulların üç fərqli Asiya mərkəzli şirkət vasitəsilə "son istifadəçiyə" çatdırılması əsas məqasəd olub. Bu metod MOSSAD-ın müəyyən ölkələri və qurumları hədəf alan logistika əməliyyatının tərkib hissələrindən biridir..."
Hazırda Mehmet Budak Derya və Veysel Kərimoğlu ilə bağlı araşdırrma davam edir.
Tahir Şəlvəli
MİA.AZ
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi