SABİQ İCRA BAŞÇISININ YALAN DANIŞAN ÖVLADI: SOCAR, ADNAN ƏHMƏDZADƏ FAKTORU...
04-02-2026 [14:06]
Mediada Salyanın keçmiş icra başçısı Tahir Kərimovun oğlu Ümid Abuzərlinin Rumıniyada çoxsaylı mənzillər almasına dair məlumatlar geniş müzakirələrə səbəb olub.
Mia.az “Qafqazinfo”ya istinadla xəbər verir ki, Ü.Abuzərlinin mətbuata açıqlama verərək xaricdə mülklər almasını hökumət fəaliyyəti ilə əlaqələndirməsi bu müzakirələri daha da artırıb.
Məsələyə münasibət bildirən şəxslər Azərbaycanda əldə edilmiş vəsaitlərin bu şəkildə xaricdə sərf edilməsinin düzgün olmadığını bildiriblər. Bununla yanaşı, Ümid Abuzərlinin guya 25 ildir Rumıniyada yaşaması barədə dedikləri də təsdiqini tapmayıb.
Belə ki, apardığımız kiçik araşdırma sabiq icra başçısının oğlunun son illərədək Azərbaycanda yaşadığını və müxtəlif qurumlarda çalışdığını ortaya çıxarır.
Əvvəllər “Level Up Təhsil və İnkişaf Mərkəzi”nin təsisçisi kimi tanınan Ümid Abuzərli 2015-ci ildə Yeni Azərbaycan Partiyasının fəal gənclərindən biri olaraq burada vəzifəyə təyin edilib. Ü.Abuzərli YAP-ın Gənclər Birliyinin Ofisinin koordinatoru kimi xarici ölkələrdə səfərlərdə olub. Bundan sonra isə Diasporla İş üzrə Dövlət Komitəsinin Beynəlxalq Təşkilatlarla Əlaqələr şöbəsinin müdiri vəzifəsinə irəli çəkilib. Sədr Nazim İbrahimovun vaxtında gerçəkləşən bu təyinat birmənalı qarşılanmamış və narazılığa səbəb olmuşdu.
Daha sonra Gənclər və İdman Nazirliyinin inzibati binasında keçirilən Federasiyanın ümumi yığıncağında növbəti 4 il müddətinə Zaur Əliyev Azərbaycan Üzgüçülük Federasiyasının yeni prezidenti, Xaliq İldırımzadə, Dəyanət Sədullayev və Ümid Abuzərli isə vitse-prezident vəzifəsinə təsdiq ediliblər.
Rumıniyada yeni alınan yaşayış kompleksi
.png)
25 ildir Rumıniyada yaşadığını deyən Ümidin qardaşı Həmzənin isə bu ölkə ilə həqiqətən bağlılığı mövcuddur.
Mətbuatda yer alan məlumatlarda Həmzənin adı Adnan Əhmədzadənin yaxın adamları və ortaqları siyahısında da yer alır. Belə ki, həmin siyahıda Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Rumıniya nümayəndəliyinin rəhbəri Həmzə Kərimova da rast gəlinir. Həmçinin yayılan məlumatlarda onların digər qardaşı Turalın Rumıniyada qeyri-qanuni fəaliyyət göstərdiyi və istintaqa cəlb edildiyi bildirilir.
Belə ki, T.Kərimov bir sıra SOCAR qaz stansiyalarının tikintisi ilə əlaqədar Rumıniya prokurorları tərəfindən çirkli pulların yuyulması və dövlət büdcəsinə yanlış informasiya verməkdə ittiham olunub. İstintaq hələ də davam edir.
Həmzə Kərimov OCCRP-ə bildirib ki, qardaşı Rumıniyada çox sərmayə yatıran yaxşı insandır və prokurorlar ona qarşı yalan ittiham irəli sürüblər.
Fotoda Həmzə Kərimov

7news.az-ın məlumatına görə, Kərimov qardaşlarının və tərəfdaşlarının hekayəsi təxminən 10 il bundan əvvəl, Həmzə Kərimovun Buxarestə gəlməsi ilə başlayıb. 23 yaşlı Həmzənin missiyası şəhərin ilk SOCAR ofisini idarə etmək idi. Onun qardaşı Tural daha sonra daşınmaz əmlak sahəsində işə başlayıb və eyni zamanda qısa müddət ARDNŞ-nin iqtisadi şöbəsində işləyib. Onların atası Tahir Kərimov 2016-cı ilin martında Azərbaycan prezidenti İlham Əliyev tərəfindən vəzifədən azad olunana qədər Salyanda icra başçısı işləmiş mühüm siyasi şəxs idi.
Tahir Kərimov daha çox 2015-ci ildə baş vermiş qalmaqaldan sonra geniş tanınmışdı - sosial şəbəkələrdə yayılan fotolarda o, Salyanda keçirilən bir tədbirdə “Roma imperatoru”na bənzər şəkildə, çiçək çələnglərindən ibarət tağın altından keçirdi və həmin çələngləri yerli məktəblilər tuturdu.
O zaman bu hadisə ölkədə böyük səs-küyə səbəb olmuş və Tahir Kərimovin vəzifədən uzaqlaşdırılmasına gətirib çıxarmışdı.
T.Kərimov daha əvvəllər Z. Tağıyev adına “Balıqhisləmə” zavodunun direktoru, “Caspian Fish” LTD şirkətinin baş direktoru vəzifəsində işləmişdi. Daha sonra Daşkəsən Rayon İcra Hakimiyyətinə rəhbərlik edib, oradan da Salyana göndərilmişdi.
Fotoda Tahir Kərimov

“Qaynarinfo”nun məlumatına görə, onun oğlu Ümid Abuzərli sonradan soyadını dəyişərək babasının adını götürüb. Qardaşı Həmzə Kərimov isə 2007–2024-cü illər arasında “SOCAR Petroleum SA” şirkətinə rəhbərlik edib.
“Memaar Capital” Rumıniya bazarında bir neçə ildir fəaliyyət göstərir. Şirkət 2022-ci ildə başqa adla təsis olunub, daha sonra adını dəyişib. Bu gün şirkət üç yaşayış kompleksində 86-dan çox evə sahibdir və daşınmaz əmlak sahəsində uzunillik təcrübəyə malik olduğunu bəyan edir.
Yeni layihə “Harmony Homes” adlandırılıb. Burada hər biri təxminən 134 kvadratmetr sahəsi olan 2 mərtəbəli 40 villa yerləşir. Kompleksin ilk mərhələsi “Alexander Residence” adı ilə əvvəlki sahiblər tərəfindən 2021-ci ildə satışa çıxarılmışdı, ikinci mərhələ isə tamamilə “Memaar Capital” şirkətinin nəzarətinə keçib.
Mediada yayılan bütün məlumatlarla bağlı Demokrat.az-a açıqlama verən Abuzərli heç bir qanunsuz işlə məşğul olmadığını vurğulayıb.
“Nə ediriksə, hamısı möhtərəm cənab Prezidentimizin siyasətini dəstəkləmək məqsədi daşıyır və bundan sonra da dəstəkləyəcəyik. Ailəmizin bu gün sahib olduğu hər nə varsa, hamısını bu hökumətə və cənab Prezidentimizə borcluyuq. Mən artıq 25 ildir Rumıniyada yaşayıram və hər zaman dövlətimizin yanında olmuşuq”, - o əlavə edib.
Qeyd edək ki, Rumıniyanın “Profit.ro” portalının 29 yanvarda dərc etdiyi məlumata görə, Ümid Abuzərli tərəfindən yaradılmış şirkət 40 villadan ibarət iri daşınmaz əmlak kompleksi alınıb. Ü.Abuzərlinin yaratdığı “Memaar Capital” şirkəti Rumıniyanın Buxarest şəhərinin şimal kənarında, İlfov qraflığının Voluntari bölgəsindəki Pipera məhəlləsində yerləşən və əvvəllər iş adamı Corce Bekalinin ailəsinə məxsus olan 40 villalı yaşayış kompleksini, həmçinin yerli milyonçu Peykanın qızına məxsus digər daşınmaz əmlak layihəsini satın alıb.
Fotoda Ümid Abuzərli

Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi