19-09-2014 [20:18]
Ciddi bir problem yaranıb. İki gündür "Asan imza” almaq üçün "Asan xidmət”də onlayn növbə tutmağa çalışıram. Alınmır, çünki bir həftəlik növbələr tutulub artıq. Ona görə də bu günorta (19 sentyabr 2014) getdim ki, canlı növbə tutum, dedilər, daha növbəyə almırıq, çünki 72 nəfər növbədədir. Yəni axşama kimi onlara xidmət göstərəcəklər.
Gəldim Bakı Şəhəri Vergilər Departamentinə ki, orda həll edim məsələni. Burdakı növbədə 389-cu oldum. Saat da ki, 15-i keçib. Öyrəndim ki, hələ 101-ci adama xidmət edilir. Anladım ki, burdan da bir şey çıxmayacaq. Üstəlik, orda biri danışırdı ki, düz 1 həftədir gəlib-gedirəm, növbəm çatmır ki, çatmır.
Bütün bunlar da ondan xəbər verir ki, burada yaranan problemi hökumət nəzərə almalıdır. Çünki biz bütün mümkün vasitələrdən istifadə edərək "Asan imza” almağa çalışırıq, vaxt azlığı üzündən təbii basabas yaranıb və xidmət mərkəzləri də fiziki olaraq bu işi çatdıra bilmirlər. Oktyabrın 1-dək bu məsələ həll edilməsə əmək müqavilələrini qeydiyyatdan keçirməyənlər cərimə ediləcək.
Tamam, olsun, o zaman zəhmət çəkin vətəndaşa şərait yaradın ki, gəlib imza sertifikatını ala bilsin. Biz gəlirik, siz xidmət göstərmək iqtidarında deyilsiniz, amma bu tərəfdən də xəbərdarlıq edirsiniz ki, cərimə olunacaqsınız. Burda bir məntiq varmı? Günah axı bizdə deyil ki, cərimə edilək.
Xidmət mərkəzinə gəliriksə, internet üzərindən müraciət ediriksə və qarşılığında fiziki olaraq xidməti göstərə bilmirsinizsə, deməli, vaxtı uzatmaq lazımdır, deyilmi?
Üstəlik onu da nəzərə almaq lazımdır ki, əmək müqavilələrini qeydiyyatdan keçirənlər başqa bir problemlə də üzləşir. Onlardan bəzilərinin dediyinə görə, server yükləndiyindən sistemə daxil olub müqaviləni qeydiyyatdan keçirmək bəzən saatlarla mümkün olmur (şəxsən yoxlama imkanım yoxdur düzü). Bunun da günahkarı, təbii ki, biz deyilik.
Ümumiyyətlə isə, burda günahkar axtarmağın da tərəfdarı deyiləm. Çünki sistem yenidir, çox güman ki, kadrlar da yenidir və təbii problemlərin ortaya çıxması mümkündür. Bunu da nəzərə alaraq müvafiq qurumlar bu "Asan imza” məsələsini ən azı daha 3 ay, yəni 2015-ci ilin 1 yanvarına qədər uzatsa yaxşı olar. Həm basabas olmaz, həm də insanlar rahat şəkildə məsələni həll edə bilər.
Yeri gəlmişkən, bu cür basabaslar adətən korrupsiyaya, başqa mənfi hallara da səbəb ola bilər. Düzdür, heç bir qurumu korrupsiyada ittiham etmək fikrində deyiləm, amma yenə də bu rahatsızlığın aradan qaldırılması üçün təcili tədbirlər görülməlidir.
Sonda bir məqamı da qeyd
etməyi zəruri sayıram: istər "Asan xidmət” mərkəzləri, istərsə də Vergilər
Departamenti bu məsələdə əsla günahkar sayıla bilməz. Sadəcə olaraq insanların
kütləvi müraciəti belə bir problemin yaranmasına səbəb olub. Hər iki qurumda
kənardan apardığım müşahidələrə əsaslanıb deyə bilərəm ki, işçilər öz işlərini
mümkün qədər sürətlə yerinə yetirməyə çalışırlar. Amma nə etsinlər ki, normalda
gün ərzində 10-15, 20 nəfərə xidmət etməli olduqları halda indi bu rəqəm bir
neçə yüzə yüksəlib? Deməli, yenə də müraciətləri seyrəltmək üçün vaxtı uzatmaq
lazımdır. Şəxsən mən başqa çıxış yolu görmürəm.
Azər HƏSRƏT,
Mətbuat Şurası İH üzvü
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi