Zahid Oruc: "Ruskiy mir və Fars dilinin əhatəsində…" - "Söyüş və təhqir azadlığı demokratiya deyil"
02-02-2026 [23:25]
Milli Məclisin İnsan hüquqları komitəsinin sədri Zahid Oruc bu gün parlamentin iclasında maraqlı çıxış edib.
Mia.az həmin çıxışı olduğu kimi təqdim edir:
"2020-ci ilin sentyabrına qədər Azərbaycan dövlətinə qarşı bir geosiyasi təzyiq silah vardı-Qarabağın işğalı. Demokratiya və insan hüquqları, ədalətli seçki və media azadlığı tələbləri torpaqlarımızı işğalda saxlamaq, təbii sərvətlərimizi ələ keçirmək üçün siyasi deklarasiyalar kimi istifadə olunurdu. Xarici siyasətimizə, iqtisadi qərarlarımıza təsir göstərmək üçün dərhal atəşkəs rejimini pozurdular.
Prezident İlham Əliyevin liderliyi ilə qazandığımız Qələbə təkcə düşmən ordularını ərazilərimizdən çıxarmadı, həm də Azərbaycana qarşı təzyiq silahlarını məhv etdi. İndi hərbi meydanda məğlub olanlar informasiya məkanında ölkəmizə qarşı ikinci cəbhə açıblar.
Xüsusilə də süni intellekt əsaslı fake və deepfake əməliyyatları gündəlik rejimdə aparılan hibrid savaşdır.
Məqsəd Qələbəmizi, 8 avqustda Ağ Evdə əldə olunan razılaşmaları, Ermənistanla imzalanacaq sülh müqaviləsini sarsıtmaq, yenidən xalqları düşmən etmək, regionu sümürmək, eləcə də Böyük Orta Asiyanın bir parçasına çevrilən, Yaxın Şərqdə sülhyaradıcı qüvvə kimi çıxış edən, Rusiya-Ukrayna müharibəsindən və İranla qlobal gərginlikdən uğurla qorunan dövləti siyasi yolundan döndərməkdir.
Prezidentin hərbi Qələbəni- Sülh Zəfərinə çevirməsi qlobal müharibə partiyasını narahat edir. Göründüyü kimi, regionda sanksiya və embarqolara məruz qalmayan tək ölkəyə son 100 ildəki kimi Ermənistan vasitəsilə təzyiq edə bilmirlər.
Ona görə də dövlət başçısına qarşı aparılan böhtan və şər kampaniyası bir şəxsiyyət-lider əleyhinə deyil, dövlətimizi və Qələbəmizi ləkələmək planlarının tərkib hissəsidir.
Müasir kommunikasiya əsrində süni zəka proqramları terror mediasının texnoloji silahıdır. Hücumlar şəxsi qisas deyil, Natali Luazo, Rafael Qlüksman kimi siyasi lobbiçilərin və kəşfiyyat mərkəzlərinin birgə işidir.
Lakin sosial media korporasiyaları, youtube və digər platformalar hibrid müharibə cinayətlərinə görə hüquqi məsuliyyət daşıyırlar. Müstəqil dövlətlərin rəqəmsal suverenliyinə hücum silahlı müharibə ilə eyni əməllərdir.
Diqqət edin, Avropa Birliyi Ermənistana informasiya məkanını və rəqəmsal suverenliyni qorumaq üçün 15 milyon avro ayırır. Əlbəttə, öz pullarıdır, etirazımız yoxdur. Lakin Brüssel administasiyası ayaqlarına və beyinlərinə çip bağlanan sosial simasını itirmiş ünsürlərin ölkəmizə qarşı informasiya hücumlarına biganə qala bilməz. Söyüş və təhqir azadlığı demokratiya deyil.
Azərbaycanın məhkəmə orqanları antikonstitusion çağırışlar yayan və milli dəyərləri gözdən salanlara qarşı hüquqi hökmlər çıxarıb, cinayətkarları Almaniya, Fransa və digər ölkələrdən geri istəyir. Biz Avropa Birliyininin hökumət və məhkəmə orqanlarından beynəlxalq konvensiyaların tələblərinə uyğun addım atmalarını gözləyirik.
Mətbuat və söz azadlığı terrorçuları qorumaq üçün çətir ola bilməz. Müstəqil dövlətləri linç etməyi dayandırsınlar.
Azərbaycan Süni intellektin geosiyasi təzyiq silahına çevrilməsinə qarşı qanun qəbul edə, deepfake-i cinayət əməli, xaricdən idarə olunan hibrid kampaniyaları milli təhlükəsizliyə təhdid kimi dəyərləndirərək Meta, X, TikTok və digər kompaniyalardan “sil- blokla-izah ver” mexanizmi ilə cavabdehlik tələb edə bilər.
Metadata, səs izi, piksel anomaliyası, sosial medianın 7-24 monitorinqi, bot şəbəkələr, koordinasiyalı hücumların xəritəsi, hələ yayılmamış kampaniyanın zərərsizləşdirilməsi üçün yeni texnoloji həllər tapmalıyıq.
Parlament üzvləri beynəlxalq görüşlərdə sığınacaq verən dövlətləri Qaçqınlıq satatusu haqqında 1951-ci il Konvensiyasının terrorçuları qorumaq üçün immunitet yaratmadığını vurğulaya bilər.
Biz Milli Məclisdə yaradılan Xarici müdaxilələrə və hibrid təhlükələrə qarşı komissiyasının fəaliyyətini təqdir edərək, onu genişləndirib Türk dövlətləri ilə birlikdə informasiya suverenliyimizi qoruya bilərik.
İkinci təklifimiz cənab prezidentin Elmlər Akademiyasının 80-illik yubileyində dövlət dili haqqında mühüm çağırışları ilə bağlıdır.
Təəssüf ki, çoxəsrlik faciəli tariximiz bizi qonşuları azərbaycanlılar olan dövlətə çevirib. İndi Vətən müharibəsində Qələbədən sonra 50 milyonluq azərbaycanlılar dil birliyindən yeni mədəni-mənəvi və siyasi yüksəliş mərhələsinə keçirlər. Ona görə də dilimizin coğrafiyasını genişləndirməliyik.
İngilsi dili ABŞ və Britaniyanın dünyada ən böyük yumşaq gücü, mədəni işğal silahıdır.
Biz uzun illər məğlubiyyət dili ilə danışımışıq. Kitablarımız, əsərlərimiz, bütün yaradıcılıq nümunələrimiz soyrıqım və faciələrdən bəhs edib. Gəlin, indi qalibiyyət dilini, ədəbiyyatını, səlnaməsini, simfoniyasını, heykəltaraşlığını ərsəyə gətirək.
Prezidentin mesajı odur ki, dövlət dilimizi xarici ölkələrdə məişət səviyyəsindən çıxarıb siyasi hökmran mövqeyə yüksəltmək istəyiriksə, güclü ideyalar, dəyərlər və əsərlər ixrac etməliyik.
Ruskiy mir və Fars dilinin əhatəsində ölkə başçısı Azərbaycan dövlət dilinin suverenliyi ideyasını irəli sürür.
Milli Məclisin yaz sessiyasında ötən il uğurla keçirdiyi tədbiri nümunə alaraq, dövlətimizin dil siyasətinə həsr olunan xüsusi tədbirlər planının qəbulunu təklif edirik".
MİA.AZ
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi