Arif Qaraşovun qızının polis rəisi olan həyat yoldaşı döyüldü - Təfərrüat

img

19-09-2014 [17:34]


Bu gün Bakı şəhəri Səbayel rayonunda polislərin iştirakı ilə insident yaşanıb.


Məlumata görə, Mühafizə Polisində (MP) işləyən polis əməkdaşının avtomobili DYP tərəfindən saxlanılaraq Səbayel rayonunda yerləşən cərimə meydançasına aparılıb.

DYP əməkdaşları maşının üzərində cərimə olduğunu bildiriblər. Mühafizə polisinin əməkdaşı Səbael rayon yol polisi şöbəsinin rəisi Zaur Cəfərovun yanına gedərək, maşını cərimə meydançasından çıxarılmasını tələb edib.

Nəticədə polislər arasında mübahisə yaşanıb, MP-nin əməkdaşı Zaur Cəfərova bir neçə yumruq zərbəsi endirib.

Hadisəni törədən MP əməkdaşı polis tərəfindən saxlanılıb(avropa.info).

Mia.az xəbər verir ki, Zaur Cəfərov Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin sabiq rəisi Arif Qaraşovun qızının həyat yoldaşıdır.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA