"Biz öz qərarımızdan dönməyəcəyik" - İlham Əliyev

img

19-09-2014 [17:03]


"Ermənistanın qeyri-konstruktivliyi nəticəsində Dağlıq Qarabağ münaqişəsi həlini tapmır". 

Bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Türkiyənin Baş nazir Davudoğlu ilə görüşdə verdiyi bəyanat zamanı deyib.

"Torpaqlarımızın 20 faizi işğal altındadır. Bizə qarşı etnik təmizləmə siyasəti yürüdülür. Bir milyondan artıq insanımız öz torpağından köçmək məcburiyyətində qalır. Əminəm ki, bir gün bu münaqişə öz həllini tapacaq və Azərbaycan öz ərazi bütövlüyünü bərpa edəcək. Bu gün Bakı-Tiflis-Qars, Bakı-Tiflis-Ceyhan və digər layihələr Ermənistanın iştirakı olmadan reallaşır. Biz öz qərarımızdan dönməyəcəyik. Dağlıq Qarabağ münaqişəsinin həlli üçün əlimizdən gələni edəcəyik”, - deyə İlham Əliyev vurğulayıb. 

İlham Əliyev çıxışının sounda Türkiyənin Dağlıq Qarabağ münaqişəsində Azərbaycanın yanında olmasına görə təşəkkür edib.

Qeyd edək ki, bu gün Türkiyə baş naziri Əhməd Davudoğlu ilə Azərbaycan prezidenti İlham Əliyevin birgə keçirdiyi mətbuat konfransından sonra heyətlər arası görüş baş tutub.

Görüşdə Azərbaycan ilə Türkiyə arasında ikitərəfli münasibətlərin bütün sahələrdə uğurlu inkişafı məmnunluqla vurğulanıb. Əlaqələrimizin bundan sonra da yüksələn xətlə inkişaf edəcəyinə əminlik ifadə olunub.

anspress.com

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA