Deputatın obyektində şok, qidadan qurd çıxdı - FOTO

img

19-09-2014 [15:06]


Bakıda məşhur "Fovorit" marketlər şəbəkəsində satılan "mannı”dan qurd çıxıb. 

MİA.AZ xəbər verir ki, bu haqda "Facebook"da jurnalist Nicat İntiqam belə bir status yazıb: ""Şokdayam. Uzun illərdir sosial sahədən yazan jurnalist kimi keyfiyyətsiz qidalar mövzusunda məqalələr yazıram. Amma bu dəfə gördüklərimdən doğrudan da dəhşətə gəldim. "Favorit" marketdən uşaqlar üçün yarma ("mannı") almışıq. İçindən qurd və həşəratlar çıxıb. Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinə müraciət etdim, aktlaşdırıb götürdülər”.

Qeyd edək ki, həmin marketlər şəbəkəsinin deputat Hacı Madər Musayevə məxsus olduğu haqda mətbuatda çoxsaylı təkzib edilməyən yazılar dərc olunub.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA