Cavid Qurbanovun işçiləri kütləvi davada - FOTOLAR

img

19-09-2014 [13:51]


Ağdam rayonunda yol idarəsinin əməkdaşları ilə sürücü arasında kütləvi dava baş verib.

"Qafqazinfo” xəbər verir ki, hadisə rayonun Üçoğlan kəndində olub. Yerli sakinlərin verdiyi xəbərə görə, kəndə yol çəkilişi aparan Xocalı rayon yol idarəsinin əməkdaşları ilə hələlik adı bəlli olmayan sürücü arasında mübahisə olub. Hadisəyə səbəb idarəyə məxsus su maşını ilə minik maşınının toqquşması olub. Su maşını arxaya hərəkət edərkən "Mercedess”markalı avtomobili vurub. Bundan sonra sürücülərlə idarə əməkdaşları arasında kütləvi dava baş verib. Döyülən sürücü hadisə baş verən ərazidən qaçıb.

Anar Həşimov

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA