19-09-2014 [12:16]
YAP-çı deputat Siyavuş Novruzov yas məclislərində ehsan qaydalarına edilən tövsiyələrlə bağlı maraqlı bir çıxış edib.
Deputat deyib ki, bu, əslində Naxçıvan modelidir: "Bu modeldə bir dənə də olsun rəsmi qanunla heç nə qadağan olunmayıb. Naxçıvan Ali Məclisinin sədri Vasif Talıbov əziz adamının yasında deyib ki, süfrəyə ancaq bu ərzaqlar verilməlidir və bu müddətdə olmalıdır. Üç-dörd il əvvəl Vasif müəllim bunu özündən tətbiq edib. Bundan sonra demək olar ki, Naxçıvanın bütün kəndlərində bu könüllü olaraq tətbiq edildi. Bu həm də Vasif Talıbov modeli idi”.
O cümlədən Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi ilə Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) fikir ayrı-seçkiliyi müşahidə olunur. Ancaq sadə vətəndaşlar "Talıbov modeli”nin tətbiqini təqdir edirlər. Bəs siyasətçilər Naxçıvan rəhbərinin bu addımına respublika üzrə şamil olunmasına nə deyirlər?
Naxçıvandan olan siyasətçi, ADP sədri Sərdar Cəlaloğlu "Talıbov modeli”nə üsyan etdi. ADP lideri adət-ənənələrə inzibati yollarla müdaxiləni yolverilməz adlandırdı. S.Cəlaloğlu açıqlamasında qeyd etdi ki, kimsə xalqın adətləri ilə bağlı qərar verə bilməz: "Makiavelli yazıb ki, bir xalqı məhv etmək istəyirsənsə onun adətlərini dəyişdir. Min illiklərdir ki, bu adət-ənənələr sınaqdan keçirilib. Sovet vaxtı yas, toy adətləri qadağan edilirdi. Hətta bir raykom katibini sünnət toyunda iştirak etdiyi üçün müzakirəyə çıxarıb, işdən qovmuşdular. Azərbaycanın adət-ənənələrini müdafiə edən Şıxəli Qurbanov idi ki, onu da öldürdülər. İndi hakimiyyətin toy və yas mərasimləri ilə bağlı siyasətinə də korrupsiya və totalitar nəzarət kontekstindən baxmaq lazımdır”.
Onun sözlərinə görə, inzibati müdaxilələr vətəndaşlara qarşı deyil, toy və yas mafiyalarına yönəlik olmalıdır: "Mən də övladıma toy etmişəm. Şadlıq evində menyu sifariş etməyə icazə verilmir. Süfrəyə gətirilən içkilərin, yeməklərin istifadəsindən asılı olmayaraq pulu məndən çıxır. Mən viski, konyak istəmədim, dedilər olmalıdır.
Heç kəs də o konyakı içmədi, xərci mənim cibimdən çıxdı. Elə toy var bəy və gəlini girov saxlayıb, pul tələb edirlər. Toylarda standart menyu niyə olmalıdır? Mən İngiltərədə, Norveçdə toyda olmuşam, almanların toyunu görmüşəm.
Onlar da yeyib-içirlər. Bunu qadağan etmək olmaz. Sadəcə, qonağın sifarişi əsasında süfrəyə yemək gətirilir. Hakimiyyət bunu qadağan etməlidir. Yoxsa sən kimsən ki, ehsanı qadağan edirsən? Peyğəmbərin hədislərində də ehsanla bağlı göstəricilər var. Yoxsa Siyavuş Novruzov, sən kimsən toyu, ehsanı qadağan edirsən?"
S.Cəlaloğlu qeyd etdi ki, bu məsələdə söhbət xalqın adət-ənənələrinin məhdudlaşdırılması, total nəzarətə götürülməsindən gedir: "Sabah deyəcəklər ki, ilk gecəni də nəzarətə alacağıq. Rusiyada təhkimçilik dövründə belə olub. Özləri dəbdəbəli doğum günləri təşkil edirlər, Ledi Qaqanı, nə bilim milyonlarla qiyməti olan müğənniləri gətirirlər. Ancaq kimsə toyunda camış kəsdirib vermək istəyir, qoymursan.
Əgər israfçılığa qarşı mübarizə tədbirləridirsə, onda restoran müdirinə, yası təşkil edən çadır mafiyasına desin ki, standart menyu olmamalıdır. Vətəndaşın nə günahı var? Kim axmaqdır ki, yemədiyi çörəyin pulunu xərcləsin? Bütün bunlar oyunbazlıqdı, xalqımızın adət-ənənələrini məhv etmək istəyidir.
Elə yas var, ölü yiyəsinin heç qənd qoymağa gücü çatmır. Onu kimsə məcbur etmir ki? Kimin nəyə gücü çatır onu verir".
ADP sədri deyir ki, yas mərasimlərini təşkil edən mafiya öz qiymətini vətəndaşa diktə edir: ""Təzəpir”də ehsan verəndə, deyirlər ki, menyu budur. Ona qarşı inzibati yolla mübarizə apar, restoranlara göstəriş ver, vətəndaşın sifarişi əsasında menyu olsun. Xalqın kimliyi ilə oynamaq olmaz. Dini ayinlər dinlə tənzimlənir, Siyavuş Novruzovla yox. Deyəcəklər ki, xına da qoymasınlar. Ondan danışsınlar ki, vətəndaş yazıq toy etməyə pul tapmır. Müsəlmançılığa görə ehsan vacibdir. Burda körpü salmaq, bulaq tikmək, fatihə oxumaq da ehsandır. Mütləq ehsan verilməlidir. Sadəcə, imkanlara, dövr və şəraitə uyğun ehsan verilir. Heç kəsi ehsan verməyə məcbur etmirlər".
"Yeni Müsavat"
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi