MÜŞAVİR və ŞÖBƏ MÜDİRİ NAZİR MÜAVİNLƏRİ TƏYİN EDİLDİ - KTN-də maraqlı dəyişiklik (FOTO, YENİLƏNİB)
27-01-2026 [16:40]
Kənd təsərrüfatı naziri Məcnun Məmmədova iki yeni müavin təyin edilib.
Mia.az Modern.az-a istinadən xəbər verir ki, bununla bağlı Prezident müvafiq sərəncamlar imzalayıb.
Sərəncamlara əsasən, indiyədək nazirlikdə müşavir postunu tutan Zaur Əliyev və Bitkiçiliyin təşkili və monitorinq şöbəsinin müdiri Seymur Səfərli nazir müavini vəzifəsinə təyinat alıb.
Xatırladaq ki, Prezident İlham Əliyev dünən “Kənd Təsərrüfatı Nazirliyi haqqında Əsasnamə”də dəyişiklik edib. Dövlət başçısının imzaladığı Fərmana əsasən, kənd təsərrüfatı nazirinin müavinlərinin sayı 3-dən 4-ə çatdırılıb.
Yeni təyinatlarla nazir müavinlərinin sayı 5-ə çatıb. Əvvəlki müavinlərdən hansının vəzifədən azad edildiyi hələlik açıqlanmayıb.
***
Mia.az-ın əldə etdiyi məlumata görə, vəzifəsindən azad edilən nazir müavini Sarvan Cəfərovdur.
***
Məlumat üçün qeyd edək ki, yeni nazir müavinlərindən Seymur Səfərli bakalavr və magistr təhsilini Azərbaycan İnşaat Mühəndisləri Universitetində meliorasiya mühəndis sistemlərinin tikintisi ixtisası üzrə alıb, 2007-ci ildən aqrar elmlər üzrə fəlsəfə doktorudur.
O, uzun illər kənd təsərrüfatı sahəsində, xüsusilə bitkiçilik, suvarma və meliorasiya istiqamətləri üzrə fəaliyyət göstərib, əmək fəaliyyəti dövründə dövlət qurumlarında və aqrar sahədə müxtəlif rəhbər vəzifələrdə çalışmış, o cümlədən "Azərşəkər" MMC-də kənd təsərrüfatı üzrə rəhbər, kənd təsərrüfatı üzrə direktor və əməliyyatlar departamentinin rəhbəri vəzifələrini icra edib, bu təyinata qədər nazirliyin Bitkiçiliyin təşkili və monitorinqi şöbəsinin müdiri vəzifəsində fəaliyyət göstərib.
İngilis və rus dillərini bilir. Ailəlidir, iki övladı var.
Zaur Əliyev isə bakalavr və magistr təhsilini Azərbaycan Dövlət İqtisad Universitetində mühasibat uçotu və audit ixtisası üzrə alıb, həmçinin Almaniyanın Vaynştefan Tətbiqi Elmlər Universitetində Biznesin təşkili və idarə edilməsi (kənd təsərrüfatı üzrə) ixtisası üzrə magistr təhsili alıb.
O, əmək fəaliyyəti dövründə beynəlxalq və yerli layihələrdə iştirak edərək kənd təsərrüfatı sahəsində layihələrin icrası və koordinasiyası üzrə praktiki təcrübə qazanıb, dövlət qurumlarında və özəl sektorda rəhbər vəzifələrdə çalışmış, o cümlədən "Yalama Aqropark" MMC-də direktor, habelə "Garant Holding"də kənd təsərrüfatı layihələri üzrə menecer vəzifələrində fəaliyyət göstərib.
İngilis, alman və rus dillərini bilir. Ailəlidir, iki övladı var.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi