Moskvanı tanklar yox, relslər qorxudur... - Dəmir ipək yolu... (TƏHLİL)
27-01-2026 [10:16]
Türkiyənin Karsdan Naxçıvana uzanan yeni dəmir yolu xəttinin tikintisinə başlaması regionda adi infrastruktur xəbəri deyil.
Bu layihə relslərdən yox, təsir dairələrindən, nəzarət mexanizmlərindən və dəyişən geosiyasi balansdan bəhs edir. 2025-ci ilin avqustunda ABŞ-ın vasitəçiliyi ilə imzalanmış Ermənistan–Azərbaycan razılaşmasından sonra Ankaranın bu layihəni rəsmən işə salması Cənubi Qafqazda uzun müddətdir formalaşan status-kvonu sarsıdan hadisədir.
Məsələ ondadır ki, bu marşrut təkcə Naxçıvanı Türkiyə ilə birləşdirmir. O, mövcud Bakı–Tehran–Qars xəttini sıxışdırmaq potensialına malik yeni şərq–qərb oxu yaradır. Analitik Paul Goble haqlı olaraq qeyd edir ki, bu xətt Cənubi Qafqazdan keçən əsas tranzit marşrutunu dəyişə bilər. Bu dəyişiklik isə avtomatik olaraq regiondakı bütün güclərin maraqlarına toxunur.
Türkiyə bu layihəni sırf nəqliyyat rahatlığı kimi görmür. Ankara üçün bu dəmir yolu Azərbaycanla strateji ittifaqın dərinləşdirilməsi, Orta Asiya türk dövlətləri ilə fiziki bağlantının gücləndirilməsi və Çinə qədər uzanan yeni logistika zəncirinin formalaşdırılması deməkdir. Elə buna görə də Türkiyədə bu xətt uzun müddətdir “dəmir İpək yolu” adlandırılır. Goble-in yazdığı kimi, Ankara bu layihəni “türk dünyası gündəmini irəli aparmaq üçün əsas alət” hesab edir. Bu artıq texniki yox, sivilizasion layihədir.
Azərbaycan üçün isə məsələ daha da qətidir. Bakı son beş ildən artıqdır ki, bu dəhlizə real investisiya yatırır, dəmir yolu infrastrukturunu bərpa edir, modernləşdirir və Naxçıvan daxilində xəttin texniki-iqtisadi əsaslandırmasını tamamlayıb. Bu, kağız üzərində plan deyil. Bu, geriyə dönüşü çətin olan strateji qərardır. Elə buna görə də analitiklər xəbərdarlıq edir ki, Türkiyənin hər hansı gecikməsi Bakıda ciddi narazılıq yarada bilər. Çünki bu xətt artıq alternativ deyil, prioritetdir.
Məhz bu nöqtədə Moskvanın reaksiyası fərqlənir. Rusiya bu dəmir yolunu sadəcə Türkiyənin təsirinin artması kimi yox, özünün Cənubi Qafqazdakı son nəzarət rıçaqlarının əldən çıxması hesab edir. Goble açıq yazır ki, Türkiyənin tikinti səyləri Moskvada narahatlıq yox, həyəcan doğurur. Çünki ticarət və tranzit marşrutlarına nəzarət Rusiya üçün hərbi bazalardan da önəmlidir. Bu nəzarət itirilərsə, Kremlin təsir imkanlarını yalnız güc və ya güc təhdidi ilə bərpa edə biləcəyi etiraf olunur. Bu isə vəziyyəti daha təhlükəli edir.
İran da bu prosesdən narazıdır. Yeni marşrut Tehranın üzərindən keçməsi planlaşdırılan alternativ şərq–qərb dəhlizlərini faktiki olaraq kənarda qoyur. Bu, İran üçün təkcə iqtisadi deyil, həm də siyasi təcrid riskidir. Ermənistan isə ikili dilemma yaşayır. Bir tərəfdən bu xətt Zəngəzur üzərindən nəzarətin itirilməsi qorxusu yaradır, digər tərəfdən isə Moskvanın zəiflədiyi şəraitdə Ermənistanın ilk dəfə olaraq alternativlər barədə düşünmək imkanı yaranır. Elə buna görə də İrəvanda bəzi dairələr bu dəhlizdən Moskva ilə məsafə saxlayaraq faydalanmağın yollarını axtarır.
Gürcüstan isə daha ehtiyatlı mövqe tutur. Hazırda əsas tranzit xətt onun ərazisindən keçir və Naxçıvan marşrutunun aktivləşməsi gələcəkdə yük axınlarının bir hissəsini itirmək riski yaradır. Amma Tiflisdə hələlik hesab edirlər ki, regiondan keçən ümumi ticarət həcmi artacaq və bu itkilər kritik olmayacaq.
Nəticə etibarilə Kars–Naxçıvan dəmir yolu bir infrastruktur layihəsi olmaqdan çıxıb. Bu xətt Cənubi Qafqazın yaddaşını münaqişədən marşruta çevirən siyasi aktdır. Moskvanın həyəcanı, Tehranın narahatlığı, İrəvanın tərəddüdü və Ankaranın israrı eyni həqiqəti göstərir: region artıq köhnə nəzarət mexanizmləri ilə idarə olunmur. Yeni oyun marşrutlar üzərindən qurulur. Və bu oyunda relslər bəzən tanklardan daha həlledici olur.
Son illərdə Azərbaycan Cənubi Qafqazda situativ diplomatiyadan uzaqlaşaraq, regionun siyasi və iqtisadi arxitekturasını formalaşdıran aktor kimi çıxış edir. Bakı üçün enerji, tranzit, logistika, kommunikasiya və post-münaqişə idarəçiliyi ayrı-ayrı alətlər deyil; bunlar regionun necə işləyəcəyini müəyyən edən vahid arxitekturanın elementləridir. Bu yanaşma dominantlıq iddiasına yox, oyun qaydalarını müəyyən etməyə hesablanıb. Yəni hansı şəraitdə əməkdaşlıq mümkündür, hansı marşrutlar işləkdir, hansı investisiya realdır və hansı təhlükəsizlik mexanizmi dayanıqlıdır — bütün bunlar artıq epizodik qərarlarla yox, sistemli planlama ilə müəyyən edilir.
Məhz bu səbəbdən Kars–Naxçıvan dəmir yolu təkcə yeni bir xətt deyil, Azərbaycanın Cənubi Qafqazı qapalı təhlükəsizlik məkanından açıq bağlantı zonasına çevirmə cəhdinin davamıdır. Bakı bu xəttlə təkcə Ermənistanla normallaşmanın iqtisadi dividendlərini göstərmir, həm də regionun gələcək fəaliyyət məntiqini relslər üzərindən dizayn edir.
Elbəyi Həsənli, Surix
MİA.AZ
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi