18-09-2014 [18:49]
Azərbaycanda insanın dəfn edilməsi qaydaları, qəbirlər, məzar daşları və onların ölçüləri ilə bağlı qanun layihəsi hazırlanır. Bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri, Yeni Azərbaycan Partiyasının (YAP) icra katibinin müavini Mübariz Qurbanlı deyib.
DQİDK sədrinin sözlərinə görə, qəbiristanlıqlar getdikcə şəhərlərin içinə keçir: "Şəhərlər böyüyür və həmin məzarlıqların köçürülməsi və yerinin dəyişdirilməsi zamanın tələbinə çevrilir. Bundan əlavə, əhali arasında narazılıq doğuran məsələlərdən biri də məzarların üstündə başdaşı və qəbirüstü abidələrin ifrat həddə çatdırılmasıdır. Ona görə də bu məsələ dövlətin diqqət mərkəzindədir və bununla bağlı yeni qanunun qəbul ediləcəyi gözlənilir".
Dövlət Komitəsinin sədri bildirib ki, artıq həmin qanun layihəsi ilə bağlı işlər yekunlaşmaq ərəfəsindədir: "Bütün dinlər qəbirlərin itməsini tələb edir. Hətta buddizmin yayıldığı ərazilərdə insanlar krematoriyalarda yandırılır. Əlbəttə, bu, Azərbaycanda qəbuledilməzdir və bizim dinimizə, mentalitetimizə, əxlaqımıza yaddır. İslam dini bunun çıxış yolunu tapıb - məzar itməlidir. Məzar torpaqdan bir az hündür olmalıdır. Bununla bağlı artıq qanun layihəsi üzərində iş bitmək üzrədir. Orada qəbirlər, məzar daşları, onların ölçüləri, insanın dəfn edilməsi ilə bağlı bütün məsələlər öz əksini tapıb”.
M.Qurbanlı qeyd edib ki, qanun layihəsi artıq Qafqaz Müsəlmanları İdarəsi (QMİ) ilə yanaşı, DQİDK-da da nəzərdən keçirilib və bununla bağlı rəy və təkliflər verilib: "Hazırda məsələyə Nazirlər Kabineti səviyyəsində baxılır. Qeyd edim ki, bununla əlaqədar Nazirlər Kabinetinin qəbul etdiyi qaydalar mövcuddur. Sadəcə parlament tərəfindən qanunun qəbul edilməsi ilə bu məsələ daha təkmil xarakter alacaq. Bundan sonra məzarlıqlarda heykəllər, böyük daşlar qoymaq tədricən aradan qaldırılacaq və bu sahədə vahid sistem tətbiq ediləcək”.
Dövlət Komitəsinin sədri bu qanunun geriyə şamil edilməyəcəyini xüsusi vurğulayıb: "İndiyədək olan məzarlara heç kim toxuna bilməz. Heç belə bir düşüncə də yoxdur. Xüsusi qeyd edirəm ki, bu, geriyə oxunuşu olmayan qanun olacaq və heç kim düşünməsin ki, kimsə onun əzizinin məzarına toxuna bilər”.(Trend)
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi