18-09-2014 [18:19]
Bu gün Xətai rayon məhkəməsində hakim Fuad Məmmədovun sədrliyi ilə Bakı şəhəri, Xətai rayonu, 171 saylı məktəbin müəlliməsi Mədinə Tağıyevanın həmin təhsil müəssisəsinin keçmiş direktoru İradə Murquzovaya qarşı iddiasına baxılıb.
Mia.az Publika.az-a istinadən xəbər verir ki, hüquq müdafiəçisi, iddiaçı tərəfinin vəkili Teymur Rzayev bildirib ki, Milli.az saytının əməkdaşı Anar Məmmədov 171 saylı məktəbin keçmiş direktoru İradə Murquzova ilə məlum olaylarla bağlı telefonla müsahibə götürüb:
"İ.Murquzova müsahibəsində məktəbin müəlliməsi Mədinə Tağıyevanın ünvanına sərt təhqir və böhtanla dolu fikirlər səsləndirib. Bununla bağlı Mədinə Tağıyeva İ. Murquzova tərəfindən təhqir olunduğu üçün 100 min manat təzminat və ona qarşı səsləndirilən təhqir və böhtanların təkzibini istəyib. Məhkəmə icrasında İradə Murquzova iştirak etməyib. Onun vəkili İlqar Abbasov çıxış edərək qarşı tərəfin İ.Murquzovaya qarşı qaldırdığı iddianı rədd edib. İ.Abbasov hüquqlarını müdafiə etdiyi İ.Murquzovanın Milli.az saytınaı verdiyi müsahibədə müəllimə Mədinə Tağıyevanı təhqir etmədiyini və yazılanlıarın yalan olduğunu bildirib”.
Bundan sonra məhkəmədə fasilə elan edilib. Fasilə zamanı vəkil İlqar Abbasov və onun yanında olan bir nəfərin iddiaçı tərəf ilə mübahisəsi yaranıb. Bunun nəticəsində qarşıdurma olub. "Uşaq saytının” baş redaktoru Nigar Hüseynqızının vəkilə ünvanlandığı sual mübahisəni qızışdırıb. İ.Abbasov iddiaçı tərəfi onlara təzyiq etməkdə günahlandırıb. Məhkəməyə müraciət edən Mədinə Tağıyeva isə İ. Abbasovun İ.Murğuzova tərəfindən öyrədilərək bu addımı atdığını iddia edib.
Müəllimə bildirib ki, keçmiş direktor tərəfindən ona əsassız şəkildə verilmiş beş töhmət Bakı şəhəri üzrə Təhsil İdarəsi tərəfindən ləğv edildiyi kimi, İ.Murquzova Milli.az saytında ona qarşı səsləndirdiyi təhqir və böhtanlara görə də cavab verəcək. Məhkəmə işçiləri və mühafizəçi polislər tərəflər arasında yaranmış münaqişəyə müdaxilə etməli olublar.
Fasilədən sonra hakim prosesin 23 sentyabr saat 14:30-dək təxirə salındığını elan edib.
Məhkəmə iddiaçıdan şikayət ərizəsinə dair sübutları, Milli.az saytının əməkdaşı Anar Məmmədovun İradə Murquzovadan aldığı müsahibənin səs yazısını tələb edib.
Xatırladaq ki, İ.Murquzova müəllimlərin adına kredit götürərək krediti onlara ödətdirib. Bu faktla bağlı Bakı şəhəri üzrə Təhsil İdarəsi yoxlama aparıb və direktor işdən qovulub.





Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi