"Mənim oğlum neyləyib? Şəhərdə vertolyot sürməyib ki?" - 650 minlik maşınla bağlı daha bir açıqlama

img

18-09-2014 [18:12]


Oğlu 650 min manatlıq "Lamborghini”yə sahib olan tikinti maqnatı, "Şərurlu İsfəndiyar” kimi tanınan İsfəndiyar Axundov "Yeni Müsavat”a vertalyota sahib olmasından danışıb. İ.Axundov oğlunun bahalı maşına sahib olması ilə bağlı suala belə cavab verib: "Mənim vertolyotum da var.


Bunun kimə nə aidiyyatı var? Həmin maşın oğlumundur. Mənim oğlum neyləyib? Şəhərdə vertolyot sürməyib ki? Maşın sürüb də. Başqa nə iş görüb?” .

Qeyd edək ki, məsələ ilə bağlı yayılan məlumatlarda bildirilirdi ki, Dövlət İqtisad Universitetinin yaxınlığında görünən bir avtomobil ərazidə olan şəxslərin diqqətini cəlb edib. Yaxınlıqda olan şəxslər bu maşının universitet tələbələrindən birinə aid olduğunu bildiriblər. "Lamborghini Gallardo” markalı bu avtomobilin qiymətinin 650 min ABŞ dolları olduğu bildirilirdi.

Qeyd olunurdu ki, həmin avtomobil iş adamı İsfəndiyar Axundovun oğlu Allahverdi Axundova məxsusdur.

2 gün əvvəl isə baş nazirin sabiq 1-ci müavini Abbas Abbasovun deputat oğlu Aydın Abbasov özünün motosiklet sürməsinə münasibət bildirərkən "Azərbaycanda elə yüksək vəzifəli şəxslər vardır ki, təyyarə də sürürlər” demişdi. A.Abbasov fikrini konkretləşdirməsə də, bəlli olur ki, İsfəndiyar Axundov kimi vəzifə daşıyıcısı olmayan şəxslər də vertolyota sahibdirlər.

Deputatın təyyarə sürən vəzifəli şəxslər dedikdə kimləri nəzərdə tutmasını da araşdırırıq. Yaxın saylarımızda araşdırmamızın nəticəsini  oxucularımıza təqdim edəcəyik. 

Musavat.com

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA