Ali Məhkəməsi Plenumu toplandı: ilin yekunları müzakirə olundu - FOTO
24-01-2026 [13:47]
Azərbaycan Ali Məhkəməsi Plenumunun ötən ilin yekunlarına dair iclası keçirilib.
Mia.az xəbər verir ki, bu barədə Ali Məhkəmə məlumat yayıb.
Bildirilib ki, hesabat dövründə 44 üçulduzlu qərar, 1 yeni dördulduzlu qərar, kollegiyaların məhkəmə təcrübəsinin vahidliyini təmin edən 2 qərardad, 2 yeni Plenum qərarı qəbul edilib.
Bir sıra Plenum qərarlarına mühüm dəyişikliklər edilib, 4 Plenum icraatı üzrə müvafiq qərarlar qəbul olunub.
İclasda məhkəmə-hüquq sistemində islahatlar və yeniliklərin bundan sonra da davam edəcəyi xüsusi vurğulanıb.
İclasda məlumat verilib ki, hazırda məhkəmələrdə iş yükünün optimallaşdırılması, vahid məhkəmə təcrübəsinin tətbiqinin genişləndirilməsi, işlərə çevik baxılmasının təşkili, bununla da vətəndaş məmnunluğunun artırılması qarşıda duran hədəflərdəndir.
Bildirilib ki, Kommersiya kollegiyası üzrə icraatda olan işlər 2024-cü illə müqayisədə 17,9 faiz artıb. 2025-ci ildə Kommersiya kollegiyasının icraatında olan 1026 işdən 91 faiz iş kommersiya mübahisələri üzrə, 4 faiz iş xarici məhkəmələrin qətnamələrinin Azərbaycan Respublikasında tanınması və icrası ilə bağlı olub. İcraatda olmuş kommersiya mübahisələri ilə bağlı 937 işdən 82 faiz iş yekunlaşdırılıb.
Baxılmış işlərdən 81,1 faiz işlə bağlı məhkəmə aktı dəyişdirilmədən saxlanılıb, 18,1 faiz iş üzrə məhkəmə aktı ləğv edilib, 0,8 faiz iş üzrə isə məhkəmə aktı dəyişdirilib. 2025-ci ilin hesabat dövründə İnzibati kollegiyanın icraatında olmuş 5227 işdən 62.1 faizi yekunlaşdırılıb. Yekunlaşmış işlərdən 43.4 faiz işə mahiyyəti üzrə baxılıb, 9,6 faiz kassasiya şikayəti formal əsaslarla mümkün sayılmayıb, 0,6 faiz iş üzrə kassasiya icraatına xitam verilib.
Baxılmış 3246 işdən 27,4 faizinin məhkəmə aktı dəyişdirilmədən saxlanılıb, 47 faizi kassasiya şikayəti mübahisələndirilən məhkəmə qərarının vahid məhkəmə təcrübəsinə uyğun hesab edildiyindən mümkün sayılmayıb, 14 faiz qərar ləğv edilib, 0,5 faiz iş üzrə icraata xitam verilib, 0,9 faiz qərar dəyişdirilib.
Mülki kollegiya üzrə 2025-ci ildə Ali Məhkəməyə daxil olan mülki işlərin sayında əvvəlki illə müqayisədə azalma, əlavə kassasiya qaydasında Plenuma daxil olan işlərin sayında isə artım müşahidə olunub. Bildirilib ki, mülki işlər üzrə respublika məhkəmələrinə ümumilikdə 234 min 597 iş daxil olub. Bu göstərici ötən dövrlə müqayisədə 8,3 faiz artıb.
Apellyasiya şikayəti verilən işlərin sayı 3,5 faiz artsa da, kassasiya şikayətlərinin sayı 5,9 faiz azalıb. Hesabatda instansiyalar üzrə yekunlaşmış işlərin sayının yüksək olduğu və orta yekunlaşma göstəricisinin 85 faiz təşkil etdiyi qeyd olunub. Eyni zamanda təkrar baxılan və növbəti ilə qalıq keçən işlərin sayında da azalma müşahidə edildiyi bildirilib.
Qeyd edilib ki, birinci və apellyasiya instansiyası məhkəmələrinin qərarlarının sabitlik göstəricisi kifayət qədər yüksəkdir. Bu nəticələrin təcrübənin vahidliyinin təmin olunması, instansiyalar arasında əlaqələndirilmiş fəaliyyətin təmin olunması, eləcə də hakimlərin peşəkarlıq səviyyəsinin artması ilə bağlı olduğu vurğulanıb.
Yekunda aşağı instansiya məhkəmələrində mülki işlər üzrə ədalət mühakiməsinin həyata keçirilməsi cari vəziyyəti müzakirə edilib.
Qeyd edilib ki, 2025-ci il ərzində Cinayət kollegiyasının icraatında olmuş 3556 işdən 75,3 faizinə mahiyyəti üzrə baxılıb. Baxılmış 2677 işdən 82,3 faizində iş üzrə qərar dəyişdirilmədən saxlanılıb, 5 faiz iş üzrə qərar ləğv edilib, 12,7% iş üzrə qərar isə dəyişdirilib. Daha sonra Ali Məhkəmə Aparatının 2025-ci il üzrə hesabatı dinlənilib. Qeyd edilib ki, ötən il Ali Məhkəmənin fəaliyyətinin hüquqi və təşkilati təminatı üzrə ardıcıl tədbirlər görülüb.
Diqqətə çatdırılıb ki, 2026-cı ildə əsas prioritetlər rəqəmsal idarəetmənin genişləndirilməsi, elektron sənəd dövriyyəsinə keçidin tam təmin edilməsi, fəaliyyətin təhlilinin və monitorinqlərin avtomatik aparılması, süni intellekt elementlərinin tətbiqi olacaqdır. Məruzələr ətrafında çıxış edənlər 2025-ci ildə kollegiyaların fəaliyyətində nəzərəçarpacaq keyfiyyət dəyişikliyi olduğunu qeyd ediblər.
Plenumda, həmçinin "Hərbi xidmət keçməkdən boyun qaçırma, hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etmə və fərarilik işləri üzrə məhkəmə təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2001-ci il 1 noyabr tarixli 1 nömrəli Qərarında dəyişiklik edilməsi barədə Ali Məhkəmə Plenumunun Qərar layihəsinin müzakirəsi aparılıb.
Sonda Plenumda Ali Məhkəmənin 2026-cı ilə dair İş Planı təsdiq edilib.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi