18-09-2014 [16:12]
Mia.az xəbər verir ki, məlumat Turan informasiya agentliyində yer alıb. Məlumatda bildirilir ki, sentyabrın 17-də Şəki Apelyasiya Məhkəməsində İsmayıllı iğtişaşları işi üzrə prosesdə İsmayıllı polisinin keçmiş əməkdaşı Fərəc Əzizov ifadə verib. Fərəc Əzizov təqsirləndirilənlərdən hər-hansı birinin qanunsuz əməl törətdiyini təsdiq etməyib.
Qeyd edək ki, Fərəc Əzizov daha sonra bu səbəbə görə işdən qovulduğunu bildirib.
DİN Mətbuat Xidmətinin rəis müavini Ehsan Zahidov məsələ ilə bağlı "Qafqazinfo”nun sorğusuna cavab olaraq həmin polis əməkdaşının işdən çıxarılmasını təsdiqləyib: "Bu gün bəzi Kütləvi İnformasiya vasitələrində Şəki Apellasiya Məhkəməsində keçirilən proses barədə xəbər dərc olunub. Prosesdə şahid qismində iştirak edən sabiq polis nəfəri Fərəc Əzizovun guya uydurma bəhanə ilə işdən qovulduğu xəbərdə iddia edilir. Tamamilə əsassız və qərəzli olan bu iddia ilə bağlı deməliyəm ki, ümumiyyətlə, indiki zamanda dövlət qurumlarından, o cümlədən daxili işlər orqanlarından heç bir əməkdaş "uydurma bəhanə” ilə işindən kənarlaşdırılmır. Orqandan xaric olunmanın konkret səbəbləri olur və buna uyğun olaraq qanuna müvafiq də qərar qəbul olunur. Məlumatda adı keçən İsmayıllı Rayon Polis Şöbəsinin sabiq əməkdaşı Fərəc Əzizovun da DİO-dan xaric edilməsinin əsaslı və konkret səbəbləri olub. Belə ki, o, rayondakı ayrı-ayrı şəxslərə məxsus torpaq sahələrinin satılmasında vasitəçilik etdiyinə, xidməti vəzifəsinə laqeyd və məsuliyyətsiz yanaşdığına, bununla da polis əməkdaşı adına və nüfuzuna xələl gətirən hərəkətlərə yol verdiyinə görə daxili işlər orqanlarından xaric edilib. Belə bir sıravi polis nəfərinin Azərbaycan Respublikasının Əmək Məcəlləsinə və "DİO-da Xidmətkeçmə haqqında” Əsasnməyə uyğun işdən kənarlaşdırılmasını əsassız və qərəzli olaraq siyasiləşdirmək, ona siyasi çalar vermək, ən azından məsuliyyətsizlik və qeyri-peşəkarlıqdır”.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi