"Azərişıq"dan özbaşınalıq: "Jurnalistlərin binası"nda borcu olmayanların işıqları niyə kəsilib?
16-01-2026 [14:35]
İl yeni daxil olsa da, "Azərişıq" ASC-nın bəzi əməkdaşları işıqpulu yığmaq adı ilə quldurluq edirlər.
Mia.az xəbər verir ki, onlar bu dəfə Bakının Səbail rayonu ərazisində - "Jurnalistlərin binası"nda hətta borcu olmayan sakinlərin işıqlarını qanunsuz kəsiblər.
"Jurnalistlərin Binası"nın "Votsap" qrupunda yazılanlardan bəlli olur ki, son dekabr ayının işıq qəbzləri yanvarın 5-6-ı paylansa da, "Azərişıq" əməkdaşları indidən binaya "hücum" çəkiblər: "Qanunla onların, ümumiyyətlə, belə özbaşına formada sayğacdan işıqları söndürməyə səlahiyyətləri yoxdur. Ancaq fakt budur ki, hətta dekabr ayının borcunu ödəyən sakinlərin də işıqlarını dayandırıblar. Belə özbaşınalıq olar?!"
Sakinlər deyir ki, "Azərişıq" əməkdaşları binanın həyətinə "kəsim briqadası" ilə gəldikdən sonra gah 2-3 ay borcu olanların sayğaclarının zirzəmidən söndürüləcəyini, gah da "kimin 30 manatdan yuxarı borcu varsa, işığı dayandırılacaq" deyiblər: "Bunu da yalnız həyətdə olan 3-5 nəfərə deyiblər. Görünən budur ki, bu barədə sakinlərə əvvəlcədən heç bir rəsmi xəbərdarlıq olmayıb. Üstəlik, kortəbii davranaraq, "seçmə üsulu" ilə borcu olmayanların da işıqları söndürülüb. Hazırda bu səbəbdən binada narazılıq yaranıb...".
Borcu olmayan bəzi jurnalistlər isə "Azərişıq"ın bu əməlini təxribat adlandırıb.
Firudin Səfərli
MİA.AZ
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi