AMEA-da kadr dəyişikliyi edilib

img

17-09-2014 [17:45]


Azərbaycan Milli Elmlər Akademiyasında (AMEA) bəzi kadr dəyişiklikləri olunub.

AMEA-nın Rəyasət Heyətinin iclasında akademik İradə Hüseynovanın akademiyanın Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunu direktoru təyin edilməsi barədə qərar qəbul edilib. Bundan əlavə, texnika üzrə fəlsəfə doktoru Qəmbər Quliyev AMEA-nın "Kibernetika” Xüsusi Konstruktor Bürosunun direktoru, Rasim Məlikov isə Büronun baş məsləhətçisi vəzifəsinə təyin edilib.

AMEA-nın müxbir üzvü Məhəmməd Babanlı akademiyanın M.Nağıyev adına Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun elmi işlər üzrə direktor müavini, texnika üzrə fəlsəfə doktoru Təranə Məmmədova Y.Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunun elmi işlər üzrə direktor müavini, kimya üzrə elmlər doktoru Mina Munşiyeva M.Nağıyev adına Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun elmi katibi təyin olunub.

Fizika-riyaziyyat üzrə elmlər doktoru Asəf İsgəndərov isə AMEA Lənkəran Regional Elmi Mərkəzin direktoru vəzifəsindən azad edilib.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA