Ramil Usubovdan kadr dəyişikliyi - TƏYİNAT

img

17-09-2014 [17:28]


Daxili İşlər naziri Ramil Usubov kadr dəyişikliyi edib.
AzNews.az xəbər verir ki, nazir dünən Xətai rayon Polis İdarəsinin Yol Polisi Şöbəsinə rəis təyin edib.
Nazirin əmrinə əsasən bu vəzifəyə polis mayoru Vüqar Hüseynov gətirilib. O, bundan əvvəl Baş Dövlət Yol Polisi İdarəsində çalışıb.

Xəbəri Bakı Şəhər Dövlət Yol Polisi İdarəsindən təsdiqləyiblər.

Xatırladaq ki, ötən ayın 28-də Ramil Usubov Xətai rayon Dövlət Yol Polisi şöbəsinin rəisi Qəhrəman Qələndərovu vəzifəsindən azad edərək, Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin rəisi müavini vəzifəsinə təyin etmişdi.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA