Təhsil Nazirliyi pulsuz işçi axtarır

img

17-09-2014 [14:26]


Bakı Şəhəri üzrə Təhsil İdarəsi könüllü əsaslarla işləmək arzusunda olan gənc oğlan və qızları əməkdaşlığa dəvət edib.

ANS PRESS-in Təhsil İdarəsinə istinadla verdiyi məlumata görə, könüllü kimi fəaliyyət göstərmək istəyən gənclər İdarənin müxtəlif sektorlarında 3 ay təcrübə keçmək imkanı qazanacaqlar. 

İntizamlı, xoşrəftar, kollektivdə işləmək bacarığı olan, kompüterdə işləməyi bacaran, xarici dil bilikləri olan, ali təhsilli və ya təhsil müəssisələrində son kurslarda oxuyan gənclər müraciət edə bilərlər.

Tərcümeyi halınızı press@bakuedu.gov.az ünvanına göndərməyiniz xahiş olunur.
Əlaqə telefonu: (012) 441 – 62 - 87
441 – 04 – 99

Sektorlar:

İnsan resursları
İctimaiyyətlə əlaqələr 
Ümumi təhsil
Məktəbdənkənar təhsil 
İnformasiya təminatı
Ümumi sektor
Təminat və təchizat sektoru

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA