PREZİDENT SAKİNLƏRƏ GÖRÜŞDÜ: "Necə yerləşmisiniz burada?" - FOTOLAR
13-01-2026 [18:21]
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 13-də Ağdərə rayonunun Aşağı Oratağ kəndində Aşağı Oratağ, Çıldıran, Heyvalı və Çapar kəndlərinin sakinləri ilə görüşüb.
Mia.az xəbər verir ki, dövlətimizin başçısını salamlayan qadın sakin dedi: Sənin boyuna qurban, canım sənin boyuna qurban.
Prezident İlham Əliyev: Sağ olun. Necəsiniz? Necə yerləşmisiniz burada?
Sakinlər: Yaxşı.
Prezident İlham Əliyev: Yaxşıdır hər şey?
Sakinlər: Yaxşıdır.
Prezident İlham Əliyev: Allaha şükür. Təbrik edirəm sizi.
Sakinlər: Sağ olun.
Prezident İlham Əliyev: Artıq üç gündür ki, Ağdərə rayonunun dörd kəndinə yerləşmisiniz. Bu münasibətlə sizi təbrik edirəm.
Sakinlər: Çox sağ olun.
Prezident İlham Əliyev: Bütün bu kəndlərdə olmuşam: Çapar, Heyvalı, Çıldıran və Aşağı Oratağ kəndləri. Evlər gözəl təmir olunub, bərpa edilib. Son iki il ərzində biz işğaldan azad edilmiş Ağdərə rayonunun bütün qəsəbələrində, kəndlərində monitorinq aparmışıq. Birinci mərhələdə bərpa olunan kəndləri müəyyən etmişik və artıq Ağdərə rayonunun doqquz kəndinə keçmiş köçkünlər qayıtmışlar.
Sakinlər: Çox sağ olun.
Prezident İlham Əliyev: Uzun illərin həsrəti arxada qaldı, haqq-ədalət Zəfər çaldı. Azərbaycan öz ərazi bütövlüyünü, suverenliyini bərpa etdi. Azərbaycanlılar öz dədə-baba torpaqlarına qayıdıblar və burada qürurla yaşayacaqlar, xoşbəxt yaşayacaqlar, rahat yaşayacaqlar. Əminəm ki, bundan sonra müharibə olmayacaq. Azərbaycan dövləti güclü dövlətdir.
Kişi sakin: Sizin sayənizdə, cənab Prezident.
Prezident İlham Əliyev: Bizi güclü edən xalqımızdır, yumruq kimi birləşən millətimdir.
Sakinlər: Qarabağ Azərbaycandır!
Prezident İlham Əliyev: Son iki il ərzində, - antiterror əməliyyatından sonra, - 2023-cü ildən bu yana bütün bu bölgələrdə - Ağdərədə, Xocalıda, Xankəndidə, Xocavənddə həyat bərpa edilir. Beş il bundan əvvəl isə vaxtilə işğal altında olmuş digər ərazilərə köçkünlər qayıtmağa başlayıblar. Bu gün artıq 73 min insan - həm keçmiş köçkün, həm də ki, köçkün olmayan, amma azad edilmiş ərazilərdə işləyənlər, çalışanlar, oxuyanlar yerləşiblər və hər ay Qarabağa qayıdan vətəndaşların sayı artır. Burada şərait yaradılıb - işıq, su, qaz, yollar, iş yerləri.
Bu gün Qozlukörpü kəndində təxminən 15 meqavat gücündə Su Elektrik Stansiyasının açılışını qeyd etdik. Bu bölgə elektriklə tam təmin edilib. Hətta burada istehsal olunan enerji Azərbaycanın digər bölgələrinə də ötürülür. Yollar çəkilir. Buradan Tərtərə qədər, Kəlbəcərə qədər yollar tikilir, genişlənir. Bu gün “Dəmirli” Filiz Emalı Kompleksinin fəaliyyəti ilə də tanış oldum. Orada 1000-ə yaxın iş yeri yaradılır. Yəni iş yerləri ilə bağlı heç bir problem olmayacaq. Həm dövlət, həm özəl sektor tərəfindən şərait yaradılır. Eyni zamanda, bu gözəl, səfalı, mənzərəli təbiətdən istifadə edərək əkinçilik, heyvandarlıq, arıçılıq, meyvəçilik - bütün bu işlərlə mütləq məşğul olmaq lazımdır ki, siz burada rahat, firavan yaşayasınız.
Kişi sakin: Bu gün üçün Sizə çox-çox təşəkkür edirik. Siz dünyaya sübut etdiniz ki, Qarabağ Azərbaycandır! Sağ olun, var olun.
Qadın sakin: Mən Ağdərənin Çapar kəndindənəm. Mən bir şəhidin anasıyam, bir şəhidin də bacısıyam.
Prezident İlham Əliyev: Allah rəhmət eləsin.
Qadın sakin: Bu gün mənim yanımda ikinci bir oğlum yoxdur. Azərbaycanın qeyrətli oğlanları mənim oğlumdur. Oğlum məni Sizə əmanət edib. Mən Azərbaycanın bütün şəhid anaları adından Sizə “Qarabağın qəhrəman oğlu” deyirəm.
Prezident İlham Əliyev: Sağ olun.
Qadın sakin: Siz də bizim ata yurdumuza, şəhidlərin qanı qədər, haqqı qədər müqəddəs olan Qarabağa, Ağdərəyə xoş gəlmisiniz.
Prezident İlham Əliyev: Sağ olun. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Onların qanı, canı bahasına, qəhrəman döyüşçülərimizin şücaəti, rəşadəti hesabına biz bu gün bu torpaqlardayıq. Biz şəhidlərimizin əziz xatirəsini qəlbimizdə əbədi yaşadacağıq. Onu da bildirməliyəm ki, şəhidlərimizin qanını artıq biz döyüş meydanında aldıq. Onların qanı yerdə qalmayıb. İşğal dövründə dəfələrlə bu sözləri biz eşitmişik, işlətmişik və bu arzularla yaşamışıq. Çünki torpaqların itirilməsi, böyük sayda şəhidlərin şəhadətə ucalması - bütün bu ədalətsizliklər bizi xalq olaraq çox incidirdi, ancaq bizi sarsıtmadı. Biz əyilmədik, iradəmizi göstərdik və döyüş meydanında həm şəhidlərimizin qisasını aldıq, həm də torpaqlarımızı qaytardıq. Son 80 il ərzində Azərbaycan kimi tam və mütləq Qələbə qazanan ikinci ölkə olmayıb. Müharibələr olub, münaqişələr olub, bu gün də davam edir. Amma heç biri tam və mütləq Qələbə ilə nəticələnməyib. Ancaq biz böyük xalq olaraq buna nail olduq, özü də cəmi 44 gün ərzində. Ondan sonra da bir gün ərzində. Biz şanlı Zəfərimizi, Zəfər yürüşümüzü iki mərhələyə bölərək həm də cavanlarımızı qoruduq. Çünki əgər 2020-ci il noyabrın 10-da müharibə dayanmasaydı, bəlkə də minlərlə şəhid verməli olacaqdıq. O cümlədən, bax burada, bu dağlarda, Ağdərə dağlarında, Kəlbəcər dağlarında, Laçın dağlarında, Ağdamın minalanmış zolaqlarında minlərlə şəhid verə bilərdik. Biz onları qoruduq, onları qurban vermədik. Ancaq bilirdik ki, gün gələcək və biz bütün Qarabağı qaytaracağıq, ərazi bütövlüyümüzü bərpa edəcəyik, mənfur düşməni torpaqlarımızdan qovacağıq və tam Qələbə qazanacağıq. İndi də burada, - bir tərəfdə şəhid anası, bir tərəfdə ağbirçək, - sizinlə bərabər durmuşuq. Bu, çox xoşbəxt bir hissdir, xoşbəxt bir gündür, gözəl bir gündür. Sizi ürəkdən təbrik edirəm, burada xoşbəxt yaşayın. Sağ olun.
Sakinlər: Allah Sizi qorusun!
x x x
Sonra foto çəkdirildi.
x x x
Kişi sakin: Cənab Prezident, Allahdan Sizə uzun ömür, cansağlığı arzu edirik. Həmişə bizim yanımızda olmusan, biz də sənin arxanda.
Digər kişi sakin: Allah o “dəmir yumruğ”u düşmənlərimizin başının üstündən əskik etməsin. Amin. “Dəmir yumruq”, “Qarabağ Azərbaycandır!”
Qadın sakin: Mənim ən böyük sevincim Vətənimə qayıtmaq olsa da, həyatda ən böyük arzum cənab Prezidentlə görüşmək idi. Getdiyim bütün yerlərdə deyirdim ki, bir gün mənim əlim o kişiyə çatacaq. Mənim əlim çatdı. Ən böyük sevincim, cənab Prezidentlə görüşməkdir.
Kişi sakin: Çox sağ olun. Allah Sizi qorusun.
Qadın sakin: Çox istərdim ki, gələcəkdə bir dəfə də Ağdərədə, Çaparda mənim evimin qonağı olasınız. Allahım Sizi qorusun. Amin.
Prezident İlham Əliyev: Gələrik, əlbəttə, hələ çox görüşəcəyik. Bu gün Ağdərə şəhərinin təzə Baş planı mənə təqdim ediləcək. Ağdərə şəhərini də biz yenidən quracağıq, necə ki, artıq doqquz kəndi abadlaşdırmışıq. Şəhəri də quracağıq. Bura çox gözəl bir sənaye və turizm mərkəzi olacaq. Bu səfalı yerlər göz oxşayır. Hər tərəf dağ, meşə, gözəl hava, bulaqlar, çaylar. Ona görə Ağdərənin gələcək inkişafı çox parlaq olacaq. İşğalçılar bu ərazidə faktiki olaraq heç bir salamat bina qoymayıblar. Bax, təmir edilmiş bütün bu binalar bu gün dövlət tərəfindən təmir edilib. Ancaq talançılıqla məşğul olublar. “Dəmirli” filiz yatağından bəlkə 2 milyard dollar dəyərində, bəlkə də çox mis aparıblar. Bu, talançılıqdır, qanunsuz istismardır. İndi biz qayıtmışıq, orada işlər qurulub. Qeyd etdiyim kimi, orada 900-dən çox, təqribən 1000-ə qədər iş yeri yaradılacaq. Özü də tapşırıq vermişəm ki, oraya cəlb olunacaq vətəndaşlar bu bölgədə yaşayan vətəndaşlar olmalıdır. İndi oranı genişləndirmək üçün mütləq əlavə sərmayə də qoyulacaq.
Kənd təsərrüfatı, turizm – yəni bura təbii bir cənnətdir. Amma mənfur düşmən buranı viran qoyub, burada daşı daş üstə qoymayıb. Onlar hər il erməni təşkilatları tərəfindən 100 milyonlarla pul yığırdılar. Onların bir manatını da, bir dollarını da buraya qoymayıblar, hamısını talayıblar. Bizim evlərimizi yandırıblar, sizi didərgin salıblar, 1 milyon insanı didərgin salıblar, Ağdamı yerlə-yeksan ediblər, Füzulini də, Zəngilanı da, Qubadlını da. Kəlbəcərdə, Laçında, Xocalıda qanunsuz məskunlaşmışdılar. Xocalıya bir eybəcər ad da vermişdilər, amma heç biri tutmadı. Çünki bu torpaqların sahibləri bizik, biz gəlmişik və biz qurub-yaradırıq.
Qadın sakin: Bütün bunlar Sizin güclü siyasətinizin nəticəsidir, cənab Prezident. Allah ömrünü uzun eləsin.
Prezident İlham Əliyev: Sağ olun. Bundan sonra ancaq müzəffər xalq kimi, qürurlu xalq kimi yaşayacağıq. İnşallah.
Sakinlər: Cənab Prezident, Siz dünyada Azərbaycan xalqının fəxrisiniz, minnətdarıq. Sağ olun, Sizi görməyimizə şad olduq.












Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi