İcra başçısından prezidentə şikayət, Göyçay sakinləri ayağa qalxıb

img

17-09-2014 [12:18]


Göyçay rayonunun Cəyirli kəndi sakinləri tərəfindən Mia.az-a şikayət məktubu göndərilib. 

Şikayətçi yazır ki, Göyçay rayon İcra başçısı Mənsur Məmmədovun və Torpaq Şöbəsinin müdiri Nofəl Fərzəliyevin qanunsuz əməlləri nəticəsində halal torpaq sahələrindən  məhrum ediliblər:

"Bununla əlaqədar Prezident Administrasiyasına qəbula gedib şikayət edəcəyimiz barədə 08.08.2014-cü il tarixdə mətbuatdakı müraciətimizdən sonra bizi qəbul edib söz verib aldatdılar.

Belə ki, müraciətimizdən sonra Göyçay rayon İcra Hakimiyyətndə Ədalət müəllim bizi qəbul edib Mənsur Məmmədovun məzuniyyətdə olduğunu və gəlib tez bir zamanda məsələni həll edəcəyini, telefonla zəng edib bildirdiyini bizim nəzərimizə çatdırdı. Biz torpaqları zəbt edilmiş sakinlər də inanıb 11.08.2014-cü il tarixdə Prezident Administrasiyasına qəbula getmədik.
Ancaq icra başçısı xarici ölkədən istirahətdən qayıdan kimi bizi qəbul edib həbs etdirəcəyi ilə hədələyb "Sizin heç bir torpağınız yoxdur, torpaqların sahibi var, gedin hara istəyirsiniz şikayət edin, onsuz da şikayətlər icra olunması üçün bura göndəriləcək" dedi.

Bildiririk ki, bizim qanunu əmlak pay torpaqlarımız icra başçısının və Torpaq Şöbəsinin müdirinin saxta sənədləri ilə zəbt olunub ki, bunu təsdiq edən məhkəmə qərarlarımız var. Ancaq həmin məhkəmə qərarlarının icra edilməsinə rayon rəhbəri Mənsur Məmmədov qadağa qoyub. Deyir ki, Ali Məhkəmənin qərarı yox, mənim sözüm əsasdır.

06 sentyabr 2012-ci il tarixli Ali Məhkəmənin qərarının icrasına düz iki ildir ki, Mənsur Məmmədov icazə vermir, mane olur. Hansı ki, həmin qərarda torpağımızın zəbt olunması göstərilib və dərhal bizə qaytarılması qət edilib.

İcra başçısı Mənsur Məmmədovun qanunsuz əməlləri nəticəsində uzun illərdi halal torpaqlarımızı əkib-becərə bilmirik ki, buna görə yoxsul vəziyyətə düşmüşük, çox ağır maddi durumdayıq. Kəndlinin çörəyi torpaqdan çıxır.

Biz 29.09.2014-cü il tarixdə Prezident Administrasiyasına qəbula gedəcəyik.İnanırıq ki, bizi qəbul edib dərdimizi dinləyib, rayon rəhbərliyi tərəfindən başımıza gətirilən qanunsuzluq barədə Prezident cənab İlham Əliyevə məlumat veriləcək və bizə kömək olunacaq. Mətbuat vasitəsi ilə Prezident cənab İlham Əliyevə müraciət edirik.

Cənab Prezident, Sizdən xahiş edirik icra başçısı Mənsur Məmmədovun və Torpaq Şöbəsinin müdiri Nofəl Fərzəliyevin saxta sənədləri ilə zəbt edilmiş qanuni pay torpaqlarımızın özümüzə qaytarılmasına köməklik edəsiniz. Biz Sizə inanırıq. Xahiş edirik bizi qəbul edin.Əlaqə telefonu
051 790-26-36

İmza : Quliyev Nahid Şakir oğlu
Feyzullayev Rahim Zülfü oğlu
Quliyev Əlisəfa Bilal oğlu
Adgözəlov Vahid Arif oğlu
Feyzullayev Zülfü Abdurəhman oğlu
Adgözəlov Qurban Arif oğlu


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA