Özümlə onda oxşarlıq axtarıram - Leyla Əliyeva

img

17-09-2014 [09:33]


Yazıçı-publisist Mahir Qabiloğlu Azərbaycan prezidentinin qızı, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın növbəti şeirinin tərcüməsini təqdim edib. "Romada... Tozlu oturacaqda” adlı şeiri oxucuların ixtiyarına veririk.

(В Риме на грязной скамейке)

Noyabr... Qədim Roma –
Tozlu oturacaqda
əyləşmişəm sakitcə.
O başda da bir səfil
fikrə gedib, dinməyir,
təslimdir səssizliyə...
Görən nəyi düşünür –
nələr var ürəyində?..

Hiss edirəm uzaqdan,
Spirt, tütün qoxuyan,
Qəribə nəfəsini...
Üst-başından tökülən
çirkin üfunətini...
Bir ona baxıram mən,
bir də dönüb özümə.
Görəsən, bu səfildə
Nə doğma gəlir mənə?!.
Görən bezgindirmi o
Öz doğma həyatından..?

Yanımızdan ötənlər
süzürlər qaş-qabaqla;
Yenə baxıram ona,
sonra özüm-özümə
sual verib dururam:
-"Oxşarlıq varmı bizdə?”
Səfil yalan danışmır,
Yalandan uzaqdır o –
Oxşarıq buna görə?

Niyə yalan danışsın –
buna nə ehtiyac var?
Geriyə yol qapalı,
qarşıda uçurum var... –
İtirib olanını,
Tapmağasa həvəs yox...
Bir üzü var sadəcə,
iki üzə gərək yox...

Mürgüləyir sakitcə,
Xırıltı səsi gəlir. –
Anlamaq çətin deyil –
Həyatın qulu olan
Bütün insanlar yatır,
Yuxusuna bal qatır...

...amma özümlə onda
oxşarlıq axtarıram:
"Hardasa bənzərik biz!..”
Axır ki, sualıma
qısa cavab tapıram...

Noyabr... Qədim Roma...
Qocaman şam bağında
Tozlu oturacaqda
Əyləşmişəm sakitcə.
O başda da bir səfil
fikrə gedib, dinməyir,
Oturub kirimişcə...
Bu an hava dəyişir,
Külək cövlan eyləyir,
Bizi sovurub gedir...
Hardasa bənzərik biz!..

Rus dilindən çevirəni: Mahir Qabiloğlu


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA