17-09-2014 [09:30]
Həmin sakin Dövlət Sosial Müdafiə Fondunun Ucar rayon Şöbəsinin rəisi Əliş Cəbrayılov və İslam adlı əməkdaşına qarşı ittiham irəli sürüb. "Qafqazinfo” xəbər verir ki, M.Hüseynovun Milli.Az-a ünvanladığı müraciətdə deyilir ki, Ə.Cəbrayılov və İslam adlı şəxs vəzifə səlahiyyətlərindən, mənim savadsızlığımdan sui-istifadə edib 8850 manat pulumu bankomatdan çıxarıb mənimsəyiblər:
"Bu cinayət əməlidir. 17 il qaynaqçı işləməyimə görə 57 yaşımda pensiyaya çıxmalı idim. Ancaq elə bilirdim ki, 65 yaşım tamam olanda pensiyaya çıxa bilərəm. Tanıdığım bir şəxs başa saldı ki, qaynaqçı işlədiyim üçün 57 yaşında pensiyaya çıxmalı idim, buna görə də pensiya bazamda 57 yaşımdan bu günə qədər 8 il qalmış pulu ala bilərəm. Dövlət Sosial Müdafiə Fondunun Ucar rayon Şöbəsinə müraciət etdim. Onlar sənədlərimi hazırladılar və pensiyaya çıxdım. Şöbənin rəisi Əliş Cəbrayılov və İslam adlı əməkdaşı pensiya kartımı qeydiyyatdan keçirmək adı ilə özlərində saxlayıb hesabımda olan 8850 manat pulumu çıxardıb, götürüb 500 manat saxlayıblar. Guya hesabımda bu qədər pensiya pulum var. Tanışımın köməyi ilə "Kapital bank"dan çıxarış sənədi aldım və məlum oldu ki, hesabımda olmuş 9350 manat pulun 8850 manatını Əliş Cəbrayılov və İslam adlı əməkdaşı əlbir olub götürüblər ki, bu da cinayət faktıdır. Pulumu onlardan qaytarmalarını tələb etdikdə mənə bildirdilər ki, sənə bu boyda iş düzüb-qoşmuşuq, xərci budur, bu pulun çox hissəsini DSMF-in rəhbərliyinə veririk, yoxsa mümkün deyil.
Bir neçə dəfə gedib onlardan pulumu istədim, axırda dedilər ki, biz pulunu çıxarmamışıq, hara istəyirsən şikayət et. Ancaq yenə də tanışlar mənə bildirdilər ki, bankomatdan kartla pul çıxaran şəxsin fotosunu robot çəkir yaddaşda 5 il saxlayır. Həmin fotonun 4 ədədi dərhal baş orqanlara kompüter vasitəsilə avtomatik göndərilir. Əlimdə artıq hansı tarixdə, saatda pulumun çıxarılması barədə bank çıxarışı var. Artıq şikayətlər göndərmişəm. Xahiş edirəm, cinayət yolu ilə mənim külli miqdarda pulumu mənimsəmiş Əliş Cəbrayılovun və İslam adlı əməkdaşı barəsində qanuni tədbirlər görülsün. Bankdan pulumu çıxaran şəxsin fotosu çıxarılarsa onların cinayət əməlləri bir daha sübut olunacaq”.
DSMF-nin mətbuat xidmətinin rəhbəri Əmrah Fəqanoğlu Milli.Az-a açıqlamasında bildirdi ki, şikayətçi artıq öz şikayətini geri götürüb. Bununla yanaşı, məsələ Fond tərəfindən hərtərəfli araşdırılandan sonra ətraflı məlumat veriləcək.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi