Daha bir QHT rəhbəri prokurorluğa çağrıldı

img

17-09-2014 [01:05]


Daha bir QHT rəhbəri Respublika Prokurorluğuna çağrılıb. Media və İctimai Təşəbbüslər Mərkəzinin rəhbəri, tanınmış iqtisadçı ekspert Samir Əliyev QHT-lərlə bağlı cinayət işi üzrə Baş Prokurorluğun Ağır Cinayətlərə dair İşlər üzrə İstintaq İdarəsinə şahid qismində dəvət olunub.

Mia.az xəbər verir ki, bu barədə tia.az-a S.Əliyevin özü məlumat verib. Onun sözlərinə görə, ötən ay rəhbərlik etdiyi təşkilatın bank hesablarına həbs qoyulub: "Sentyabrın 17-si saat 10.00-a Respublika Prokurorluğunun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsinə şahid qismində dəvət edilmişəm”. 
S.Əliyev bildirib ki, Mərkəzin bank hesabına həbs qoyulması rəhbərlik etdiyi təşkilatın Milli Demokratiya İnstitutu ilə əməkdaşlıq etməsilə əsaslandırılır. Halbuki, ekspertin sözlərinə görə, bu qurumla heç bir əməkdaşlığı olmayıb

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA