Samuxda qadınlar toplandı: - elmi praktik konfrans keçirildi(FOTO)

img

16-09-2014 [19:52]


Bu gün Yeni Azərbaycan Partiyası Samux rayon Təşkilatı və Samux Rayon Heydər Əliyev Mərkəzinin birgə təşəbbüsü ilə "Samux rayon  Qadınların ictimai-siyasi fəallığı və karyera" mövzusunda elmi praktik konfrans keçirilib.

Tədbirdə haqda Mia.az-a daxil olan məlumata görə, konfransda Samux rayon İcra Hakimiyyətinin müavini Kəmalə Xəlilova, Samux rayon Heydər  Əliyev Mərkəzinin Direktoru Aygün Həsənzadə,  Yeni Azərbaycan Partiyası Samux rayon Təşkilatının aparat rəhbəri Sevinc Xəlilova, Samux rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Direktoru Şəhla Abdullayeva, Samux rayon Təhsil Şöbəsinin nümayəndələri,  Yeni Azərbaycan Partiyası  Samux rayon təşkilatının ilk partiya təşkilatlarının fəal qadınları, rayonun bütün idarə və təşkilatlarında çalışan qadınlar  və QHT nümayəndələri iştirak edib.

Tədbirdə "Qadın, ailə və cəmiyyət”, "Dünyada və Azərbaycanda Qadın”, "Qadın və onun cəmiyyətdə rolu”, " Karyera və problemlər”, "Regionda qadın”  və s. mövzularda çıxışlar olub. Eyni zamanda, müzakirələr zamanı Samux rayon qadınlarının ictimai-siyasi həyatda rolu istiqamətində təkliflər irəli sürülüb.

Tədbirdə karyera qurmuş fəal qadınlarla yanaşı, karyera qurmaq və bu istiqamətdə  fəaliyyət göstərən gənc xanımlar da  çıxış ediblər.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA