"Onları məhv etmək lazım idi...” - Erməni generaldan hədə

img

16-09-2014 [17:52]


Ermənistan parlamentinin hakim Respublika Partiyasından olan üzvü, general-mayor Manvel Qriqoryan erməni girovluğunda olan azərbaycanlılar Dilqəm Əsgərov və Şahbaz Quliyevi ölümlə hədələyib


Modern.az
 saytı Ermənistan mətbuatına istinadən xəbər verir ki, yerli jurnalistlərin girovlara hansı cəzanın veriləcəyi ilə bağlı sualını erməni deputat hədələyici tonda cavablandırıb:

"Onlar ələ keçiriləndə bu sualı vermək lazım idi. Əgər azərbaycanlıları mən tutsaydım, indi onlar sağ olmazdılar. Hansı məhkəmə, nə məhkəmə işi? Onları məhv etmək lazım idi”.

Xatırladaq ki, Manvel Qriqoryan Eçmiədzin batalyonunun komandiri kimi Qarabağ müharibəsi zamanı Azərbaycana qarşı vuruşub. 2000-2008-ci illərdə Ermənistanın müdafiə nazirinin müavini postunda çalışan general-mayor Manvel Qriqoryan həm də, "Yerkrapa” Qarabağ müharibəsi veteranları birliyinin sədridir.



Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA