“O rektoru cəzalandırmaq lazımdır ki,..." - Partiya sədri

img

16-09-2014 [17:29]


Müasir Müsavat partiyasının sədri Sumqayıt Dövlət Universiteti rektorunun hicablı tələbələri dərsə buraxmamasına sərt reaksiya verib. 

"Hicaba qadağa qoyaraq prezidentə qarşı çıxan SDU-nun rektoru işindən azad olunsun. O, hansı cəsarətlə ölkə başçısının tapşırığına qarşı çıxır ?!”. 

Bunu İnterAz-a Müasir Müsavat partiyasının sədri Hafiz Hacıyev Sumqayıt Dövlət Universiteti rektorunun hicablı tələbələri dərsə buraxmamasına münasibət bildirərkən söyləyib. 

"O rektoru cəzalandırmaq lazımdır ki, başqalarına da nümunə olsun. Qoy bilsin ki, prezident ölkənin yiyəsidir. Prezidentin verdiyi tapşırıqlar müzakirə yox, icra olunur. O, kimdir ki, prezidentin tapşırığını yerinə yetirməsin?! Belə şəxslər dövlətin əleyhinə gedir. Sərt tədbirlər görmək lazımdır” - partiya sədri qeyd edib. 


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA