Komitə sədrinin qardaşı məhkəməyə verildi

img

16-09-2014 [17:13]


Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimovun qardaşı, ATV kanalının sabiq prezidenti Tağı İbrahimov iranlı adamları ilə problem yaşayır. 

Bu barədə Mia.az daxil olan məlumata görə, Nazim İbrahimovun qardaşına məxsus olan MMC ilə İran İslam Respublikasının «SAACO» şirkəti arasında biznes əlaqələri mövcud olub. Lakin sonradan tərəflər arasında ziddiyyət yaranıb. Buna görə məhkəməyə qədər çıxıb. 

Məlumata görə, İran İslam Respublikasının «SAACO» şirkəti İbrahimovlara məxsus olan Azərbaycanın «AZACO» MMC ilə birlikdə, şəxsən Tağı İbrahimova məxsus olan «Kristal» Məhdud Məsuliyyətli Müəssisəsini məhkəməyə cəlb eləyib: «Şirkətlər arasındakı müqavilə öhdəliyi və bu öhəlikdən yaranan maliyyə mübahisəsinə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəmədə baxılıb. İş hazırda Bakı Apellyasiya Məhkəməsində hakim Valeh Ağayevin sədrliyindədir». 

Məlumata görə, hakim üzrə sentyabrın 19-da prosesi davam etdirəcək.

 Mia.az


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA