İCRA BAŞÇISI İDMAN GEYİMİNDƏKİ MÜĞƏNNİYƏ HESABAT VERİR - Bu, dövlət ərkanı və atributlarına hörmətsizlik deyilmi?! (VİDEO, FOTOLAR) - Yenilənib
30-12-2025 [18:03]
Xətai rayonunda 29.12.2025-ci il tarixdə rayon İcra Hakimiyyəti, YAP Xətai rayon Təşkilatı və C.Naxçıvanski adına Hərbi Liseyin birgə təşkilatçılığı ilə Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə Cəmşid Naxçıvanski adına Hərbi Liseydə təşkil olunan bayram konsertində rayonun icra başçısı Rafiq Quliyevin müğənni Röya Ayxana sanki ölkə rəhbərliyinə hesabat verirmiş kimi məruzə etməsi birmənalı qarşılanmayıb.
Mia.az-ın məlumatına görə, həmin tədbirdə dövlət ərkanı və subardinasiyadan bixəbər davranaraq, Röyaya həddən ziyadə iltifat göstərən icra başçısı özünə elə qapılıb ki, hətta dövlət atributlarını daşıyan rayonun deputatları ilə hərbçiləri belə "unudub".
Bu barədə sosial mediada yayılan videogörüntülərdən aydın olur ki, idman geyimində olmasına baxmayaraq, qapıda yüksək səviyyədə qarşılanan, Heydər Əliyevin heykləlinin qarşısına məmurlardan bir addım öndə gül qoyaraq sanki ölkənin ali rəhbərliyini təmsil edən Röyanın arxasınca sürünən icra başçısı Rafiq Quliyev burada da Milli Məclisin üzvlərinə, YAP rəsmiləri və digər qonaqlara məhəl qoymayıb. Bunlar bir yana qalsın, adam Prezidentin rayondakı bir nömrəli rəsmi nümayəndəsi olduğunun fərqində belə deyil!
Görüntülərdə diqqəti çəkən digər məqamlardan biri də Röyanın rəsmi şəxslərin önündə addımlaması, onlardan üstün olmasını nümayiş etdirməsi, başçısının da yalnız ona hesabat verməsi və nə qədər qəribə olsa da, hər kəsin yalnız və yalnız Röyanın ağzından çıxan ifadəyə indekslənməsidir...
Əlbəttə, dövlət ərkanı adına xoş olmayan mənzərəyə icra başçısının səmimi mövqeyini dinləmək istərdik...
Ümid edirik ki, ölkənin ali rəhbərliyi DÖVLƏT ƏRKANInı kölgələyən bu məsələyə laqeyd qalmayacaq.
Xatırladaq ki, həmin tədbirdə Xətai rayon İcra Hakimiyyətinin başçısı Rafiq Quluyev, Milli Məclisin deputatları, YAP Xətai rayon təşkilatının sədri Ramil Mirzəyev və başqaları da iştirak ediblər.
P.S. Yeri gəlmişkən, Mia.az-ın bu yazısından bir saat ötməmiş Xətai İH-in rəsmi saytından manşetdə verdiyimiz foto başda olmaqla, bəzi "gözəgirən şəkil"lər silinib.
F.Əhməd
MİA.AZ
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi