Girovluqdan azad olunan azyaşlı ailəsinə verildi

img

15-09-2014 [13:44]


Erməni girovluğundan azad olunan Cavid Məmmədov ailəsinə təhvil verilib.

"Qafqazinfo” xəbər verir ki, sentyabrın 11-də girovluqdan azad olunan C. Məmmədov aidiyyatlı dövlət qurumları tərəfindən prosedura uyğun olaraq yoxlanılıb və tibbi müayinədən keçirilib. O, bu gün valideynlərinə təhvil verilib.

Xatırladaq ki, 15 yaşlı II qrup əlil Cavid Məmmədov Tərtər Rayon Yol Polisi Bölməsi rəisi müavininin oğludur və o təmas xəttini sentyabrın 5-də keçən zaman erməni hərbçiləri tərəfindən girov götürülüb.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA