"CNN Türk"ün müxbiri Merve Tokaz: "Başıma bir iş gəlsə...."

img

22-12-2025 [09:20]


"CNN Türk"ün müxbiri Merve Tokaz həyatına təhlükə olduğunu bəyan edib.

Mia.az Türkiyə mətbuatına istnadla xəbər verir ki, o, bu barədə sosial media hesabında yazıb.

Xanım aparıcı bildirib ki, narkotik ittihamı üzrə istintaqa cəlb olunan "Fənərbağça"nın prezidenti Sadettin Saran haqqında reportaj hazırladıqdan sonra ölüm təhdidləri aldığını bildirib.

Tokaz deyib ki, o, yalnız rəsmi xəbərləri yaysa da, təhdidlər dayanmır, əksinə, daha da şiddətlənib:  "Mən yalnız məhkəmə orqanlarından aldığım məlumatları birbaşa və qərəzsiz şəkildə auditoriyaya çatdırdım. Əgər mənə bir şey olsa, cinayətkarlar sosial mediada aydın görünürlər..."

"CNN Türk"ün müxbirinin xəbərdarlıq mesajını aşağıda olduğu kimi təqdim edirik:

Firudin Səfərli

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR
09:37 21.12.2025

Maştağafa obyekt yanıb

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA